Biləsuvar rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, yazıçı-publisist, Hacı Qəni Camalzadə ilə görüş keçirilib
İyunun 6-da Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsinin iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib. Açılış nitqi ilə çıxış edən Həmkarlar İttifaqının sədri Adil Əhmədov hər kəsi salamlayıb, yazıçının həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb.

Ardıyca yazışı-publisit Hacı Qəni Camalzadənin özünə söz verilib.
Görüşə gələnlərə əsərləri haqqında ətraflı məlumat verdikdən sonra yazıçı, onların suallarını cavablandırıb.
Daha sonra fəxri qonaqlar Yazıçıların Birliyinin üzvü, “Ekoloji xəbərçi” qəzetinin redaktoru, şair Şahin Həmidli, şair Seyidağa Sadiq, Biləsuvar ziyalısı, Ovçubərə kənd sakini Məmmədağa Aranlı çıxış ediblər.
Tədbirin sonunda Hacı Qəni Camalzadə 15 cilddə seçilmiş əsərlərindən olan “Şeytana daş atanlar”, “Karxana”, “Kiaskarın axrıncı savaşı”adlı kitabları Mərkəzi Kitabxanaya hədiyyə edib.
Görüşün sonunda qonaqlar və tədbir iştirakçıları xatirə şəklləri çəkdiriblər.

