Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nümayəndəlik rəsmi fəaliyyətə başlayıb

20 aprel 2024-ci ildə “Zalov İmza TV Alyans’ın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nümayəndəliyi rəsmi fəaliyyətə başlayıb.

“Zalov İmza TV Alyans’ın rəhbəri, beynəlxalq hüquq eksperti İsmayıl Zalov və birinci müavini, hüquqşünas Kamran Bağırzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Zalov İmza TV Alyans’ın Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasıda nümayəndəliyinin rəhbəri Tural Rəşid oğlu Məmmədovun istirakı ilə geniş ictimaiyyət üçün təqdimat mərasimini keçirmişdir.

Təqdimat mərasimində Birləşmiş Ərəb Əmirliklərinin ilk Azərbaycan əsilli vətəndaşı Anar müəllim, İsrail-Azərbaycan Şah-Dağ təşkilatının rəhbəri Elxanan Razielin rəsmi Birləşmiş Ərəb Əmirliklərində nümayəndəliyinin rəhbəri Əli Süleymanov və Ərəb Əmirliyinin rəsmiləri iştirak etmişlər.

“Zalov İmza TV Alyans’ın rəhbəri İsmayıl Zalov çıxışında bildirmişdir ki, Azərbaycan daxilində “Zalov İmza TV Alyans”ın məqsədi və məramı Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət etmək hüquq mühafizə orqanları ilə əməkdaşlıq edərək vətəndaşla hüquq mühafizə orqanları arasında körpü yaratmaq və radikal müxalifətə qarşı hüquqi müstəvidə mübarizə aparmaqdır.
Zalov İmza TV ALYANS-ın Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında nümayəndəliyinin məqsədi və məramı biznes əlaqələri qurmaq, ölkə hüdudlarından kənarda yaşayıb orada işləyən vətəndaşlarımıza hüquqi yardımda dəstək olaraq səfirliklərlə sıx əməkdaşlıq etməkdir.
ALYANS-ın birinci müavini çıxışında vurğulamışdır ki, Zalov İmza TV ALYANS olaraq Azərbaycanın hüdudlarından kənarda Azərbaycan bayrağını daha da uca tutmaq, dövlətə və dövlətçiliyə xidmət etmək, tutduğumuz bu yolda xarici dövlətlərdə biznes fəaliyyəti göstərməkdir.

ZALOV İMZA TV ALYANS-ın MƏTBUAT XİDMƏTİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir