Qızılbaş şiə sivillizasiyasının gizli süfrələri – 1. Aydın Xan Əbilovun kulturoloji analizi

Qızılbaş şiə sivillizasiyasının gizli süfrələri – 1

Tibbi-mediativ…

İndi dəbdədir, şiəsənsə, nə bilim geri qalmısan, bir qismi Suriyada, İraqda başkəsənlərın müsəlmanların düşmənisən.

Bunlarla işim yox, Allah yuxarıdan görür və kimləri lazımdırsa, cəzalandırır, qalanlar üçün cəhənnəmdə yerlər bosaldilir. Elə düşünən peyinbaşlar üçün Şah babamız Xətai də bizim/onların “düsməni”dir…

Azadlıqsevər qızılbaşlar İmam Əlipərəst və imamsevərlərdir: Məhərrəmlik ayında ilboyunca yaşamın hesabatını vermək üçün təzyiqlər qurarlar.

Baş yarmaq üçün qılıncı kəlləsinə vurmaq – qan dövranı, ürək və təzyiq, eləcə də qan xəstəlikləri üçün əsl qədimi tibbi metoddur.

Modern Avropa və dünya səhiyyəsi də bu metodu qəbul edir.

Qanvermə mərasimi ancaq kişilərə aiddir: qadınlar ildə iki dəfə, yazəvvəli və payızsonu evdə, beldə kəsik atıb, banka qoymaqla qan alınardı.

Qanalan xüsusi şəxs, yaşlı qadın olardı…

Yeri gəlmişkən, qızılbaşlar da başqa bir qanalma mərasimləri də vardı: zökəm olanda, soyuq dəyəndə, yaxud qrip zamanı.

Anam yadıma saldı ki, qədimlərdə bizim nəslin təbibxanımı sayılan Zöhrə nənə yenidoğulan körpələrin üç günündən sonra əlinin, ayağının üstünü, bud, bel, yan tərəfləri iti bıçaqla kəsər, “murdar” – ölü, anadanqalma köhnə qanın axıb getməsinə şərait yaradırdı. Sonra qurudulmuş dərman bitkilərilə yaraları qurudurdu…

Heyif, indi bu ulu üsul yaddaşlardan pozulub: bu qədər əlil və xəstə insanın hardan yarandığını fərqindəsiz!?

Zəncirlə özünə əzab vermənin tarixi ya qədimdə gedimb çıxır, bütün gizli elmlərdə, təriqətlərə, və səmavi dinlərdə bu metod insan ruhunun möhkəmləndirilməsi, iradəsinin daslaşmasının metodlarından biridir.

Zəncir deyəndə ki, anladığınız polad halqalar deyil, yüngül metaldan hazırlanmış xüsusi alətdən söhbət gedir.

Məgər indi idmanda – məşq və yarişlarda, tutalım, gənc idmançılar boksda yumruq, yaxud da döyüş növlərində təpik yemirlərmi!?

Ardı var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir