Lənkəranın intellektual dirənişi… İctimai qınaq. VCA və YYSİB sədri Aydın Xan Əbilov yazır
Lənkəranda durumun ən gözəl obrazlı ifadəsi rayon icra başçısının humanitar məsələlər üzrə və məktəblərə cavabdeh xanım müavininin direktorla birləşib (mən hələ ən yaxşı variantı deyirəm, gəzən söz-söhbətləri qoyuram qirağa),15 yaşlı qızcığazı sillə-təpik altına salması olayının xəbəri idi. Elə problem də hüquq-müdafiə qurumları, prokurluq, Təhsil Nazirliyi, İnsan Huquqları mufəkkili, saysız qrantbasıbyeyən QHT-lərin kampaniyaxarakterli bəyanatlardan o tərəfə gedib cixmadı: pensioner direktor işdən çıxarıldı, müavin ruscaya keçdi, məsələ də yaddan çıxarıldı.
Yeri gəlmişkən, vaxtilə Ramizpərəstlərin vaxtilə qabağa verdikləri azsaylı yerli məmurları da ancaq belə manyaklardan seçirdilər, indi məsələ nə yerdədir, maraqlanmıram – özümü də öluvay xalqdüsməninə çeviriblər və kütləni də buna, yəni “səsini çıxarıb problemi ictimai diqqətə gətirən ziyalın sənin dusmənindir”ə oyrəsgil ediblər.
Deputatları da yoxdur ki, bir reaksiya versin: Hadı Rəcəblinin qarasaqqal etdilər, zatən parlamentari isləsəydi qorxusundan səsi çıxmazdı. Rayonun digər, coxillik “dejurnı” deputatlardan Rüfət Quliyev, Ziyafət Əsgərov, Cavanşir Paşazadənin isə səsini-etirazını eşidən olub indiyə qədər?!
O zonadan yazıb etiraz bildirən kimi osmanlı (qanı türk olanları demirəm ha) və ərəb mirzələri haydi-huyduya salıb etiraz edəni farspərəstlikdə suçlayırlar: sanki İranda 35 milyon türk-talış-tat-kürdümüzdən ibarət azərbaycanlı yaşamır…
Nəsə, sözümün canı var. Belə mürəkkəb bir vaxtda, Qarabağ savaşlarında olduğu kimi, son illərin ən yaxşı bal toplamış abiturəntlərin, az qala, yarısını cənublular, xüsusən Xan Lənkərandan olan türklü-talışlı yerlilərim təşkil edir…
Təbrik edirəm, hətta bilsək ki, o intellektual gənclərimizə gələcəkdə Vətənimizdə iş tapılmayacaq, yenə də bu təhsil dirənişini dəstəkləyirik: qlobal dünyanı fəth etmək üçün ali və fundamental elm-təhsilin yerini heç bir qohumbazlıq, yerlibazlıq verə bilməz.
Son illər Lənkəranlı intellektuallarin NASA, Feysbuk, Tvviter, Tesla, qlobal şirkətlərdə vəzifəyə keçməsi dediklərimə əyani sübutdur. Rusiya, Türkiyə, İsrail, Cənubi Koreya, Avropa, ABŞ və Kanada yerlilərim olan peşəkarlara qucaq açır, amma Azərbaycanda bizimkilərə iş tapmaq müşkül məsələyə çevrilib. Yalnız Lənkəranlıları deyil, istedadlı gənclərimizi nəzərdə tuturam, yerlilər isə, apardığımız analizlərdən çıxış edərək, sadəcə, statistik faktlara görə misal gətirdim.
P.S. Azərbaycan adlı barlı-bərəkətli agacı silkələsək, onminlərlə istedadlı/intellektual/kreativ bakılı, naxçıvanlı, gəncəli, qubalı, sabirabadlı, sumqayıtlı, lerikli peşəkar gənc Vətənimizin torpağına səpələnər…

