Azərbaycanda Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir

Qanvermə bu gün saat 18:00-dək davam edəcək.
Qan toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq. Təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Son illər Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən aksiya xalq tərəfindən təqdir edilir.

Qazılar Şurası xatırladır ki, Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyildir.
Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir.

Bu il də humanist ənənə davam etdirilir. Bu xoş niyyət ilə minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara həyat bəxş olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir