Qardaş Türkiyənin nüfuzundan istifadə edərək vətəndaşlara fırıldaq gələn “şirkətdən” özünüzü qoruyun: Türk Texno Servis
YeniMedia.net portalı istehlakçıların hüquqları ilə əlaqədar vaxtaşırı araşdırmalar və şikayət materialları ilə bir sıra problemli məsələləri ictimailəşdirir. Bu dəfə də ənənəmizə sadiq qalaraq belə bir məsələni əlaqədar qurumların nəzərinə çatdırırıq. Xatırlatmaq istəyirik ki, fırıldaqçı xidmətlə məşğul olan türk şirkətinə şikayətlənəcəyimizlə bağlı dəfələrlə xəbərdarlıq etsək də, müxtəlif bəhanələrlə məsuliyyətdən yan qaşmaq istəyirlər. İstənilən halda onların cavab hüququnu da tanıdığımızı bəyan edirik.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
Surəti: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
Surəti: Azad İstehsalçılar Birliyinə
Surəti: Türkiyə Respublikasının Azərbaycandakı Böyük Elçiliyinə
Surəti: TİKA-ya – T.C. KÜLTÜR VE TURİZM BAKANLIĞI, Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığına
Surəti: TUSİAB –AZERBAYCAN TURK SANAYICI IS ADAMLARI BEYNELHALK CEMIYYETI
Surəti: Azərbaycan Türkiyə İş Adamları Birliyi
Hörmətli məsul şəxslər!
Sizə Aydın Xan Əbilov – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, sıralarında 60-yaxın təsisatın birləşdiyi Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın yaradıcısı, www.yenimedia.net – sosial tanınmış ictimai xadim və fəal, TV-ekspert, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq olaraq qarşılaşdığımız fırıldaqçılıqla bağlı rəsmi şikayət edirik.
Belə bir hadisə yalnız bizim başımıza gəlsəydi, bəlkə də üstündən keçərdik, amma vətəndaşları kütləvi surətdə aldadaraq onların haqqına girən, pullarını mənimsəyərək yalançı xidmətlər göstərən, ictimai etimadsızlıq, qardaş Türkiyənin nüfuzuna xələl gətirən bir problem artıq ictimailəşdirilməlidir ki, haqqında məlumat verib təcili surətdə tədbir görülməlidir ki, başqa vətəndaşlar da tora düşməsin. Bu baxımdan fırıldaqçıların cəzalandırılmasını, eləcə də dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək kimi hüququ da özümüzdə saxladığımızı bəyan edirik.
Yeri gəlmişkən, onu da bildirək ki, sədri olduğumuz YYSİB-nin məqsədi kulturoloji – kreativ tədbirlər həyata keçirmək, mədəniyyəti inkişaf etdirmək, sosial media, e-kitabxana, İnternet resursları istiqamətində yaradıcı insanları səfərbər etməkdir. Təşkilat mədəniyyət, ədəbiyyat, incəsənət, kitab nəşri və təbliği, yeni mass-media, kreativ innovasiya, e-kitabxana, e-nəşrlər və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – Milli Kulturoloji layihə həyata keçirmiş, 20 kitab nəşr etmiş, 7 min elektron kitab hazırlayaraq İnternet və kitabxana.net portalında yayımlayır. Mədəniyyəti tanıtmağa, yaradıcı şəxslərin intellektual və müəlliflik hüquqlarını qorumağa, kulturoloji-estetik düşüncəsinin zənginləşməsinə çalışır. Mədəniyyətlərarası dialoq və inteqrasiya dövründə kulturoloji-hüquqi maariçilik işi aparır, ictimai maraqları qoruyur, İnternetdəki resurslar, e-kitabxana, kreativ innovasiyalara aid layihələri həyata keçirir. İndi bu işləri aparmaq, xalqa xidmət etmək əvəzinə üzləşdiyimiz fırıldaqçılıqla mübarizə aparmağa məcburuq.
Son vaxtral qardaş Türkiyənin adından sui-istifadə edənlərin sayı günü-gündən artır. Belələrindən biri də neçə-neçə vətəndaşı aldadan servisdən şikayətçiyik. Bizim başımıza gələn bu olayın qısa təfərrüatlarını yazıb ictimailəşdiririk ki, problemin nədən qaynaqlandığı məlum olsun.
Belə ki, “Siemens” markalı, amma qardaş Türkiyə istehsalı olan məişət soyuducusunda yaranan problemlə əlaqədar İnternetdə axtarışa çıxanda, Bakıda “Siemens Servis Turk” adı altında fəaliyyət göstərən, TÜRK TEXNO MÜHƏNDİSLİK VƏ SERVİS – https://turktexnoservis.az/ ilə rastlaşdıq. Əlaqə nömrələri və e-maili (+994) 51 251 77 77, (+994) 50 212 77 53, (+90) 543 325 02 74, info@texnoservis.az olan təsisata zəng açdıq.
Telefonda danışan şəxs özünü peşəkar usta adlandırdı və onun dilinə aldanıb mənzildəki soyuducunya baxmaq üçün çağırdıq. Gəldi, ona problemi izah etdik, məsələyə dəxli olmayan bir işi gördüyünü deyib, 1 illik zəmanətlə 130 manat alıb çıxıb getdi: usta guya soyuducumuza qaz vurdu. Köhnə balona sual verəndə, bəhanə gətirdi ki, guya alətlərin içində qalıb deyə elə görsənir, guya soyuducu bundan sonra işləyəcək. Alt qatının möhkəm soyuq verdiyini deyib, bunun qaza nə dəxli olduğunu soruşanda, bəhanələrlə bizi aldatdı.
Bir həftə ərzində soyuducunun işləməsində müsbətə doğru heç bir dəyişikliyin baş vermədiyinin şahidi olduğumuzdan, servisə təkrar zəng etdik. Orada o fırıldaqçı ustanın neçə nəfərə beləcə aldatdığını, pul atdığını bildirdilər. Haqqımızı ciddi tələb edəndə, yeni usta göndərəcəklərin dedilər. 1 həftədən sonra azərbaycanlı usta gəlib problemin vintilyatorda olduğunu dəqiqləşdirdi və bununla əlaqədar iş görmək lazım olduğunu bildirdi. Yenidən servisə zəng etdik, söz verdikləri işi, ya da 130 manatı geri qaytarmaq lazım olduğunu onlardan tələb edəndə, bəhanələrlə bizi yola verdilər. Hətta istehlakçını aldatdıqlarına və hüquqlarını tapdaladıqlarına görə DİN və aidiyyəti qurumlara rəsmi yazılı şikayət verəcəyimizi deyəndə belə, maddi və mənvi ziyan tələblə məhkəməyə müraciət eləcəyimizi bildirəndən sonra VATSAP nömrələrindən bizim nömrəmizi blokladılar.
Ərizəmizə yazışmalarla bağlı skren etdiklərimizi də əlavə edirik. Yuxarıda onların ünvanlarını verdik. Bakıda deyildik deyə, bu dələduzlari ifşa edəcək geniş materiallarla çıxış edə bilmirdik. Bir azərbaycanlı Türkiyədə sadə bir qanun pozuntusuna görə həbs edilir, minlərlə soydaşımız cərimələnir, amma burada türkiyə vətəndaşı dələduzluq edir, haqlarmızı pozur deyə susmaq fikrində deyilik. Xarici vətəndaşlar burada min hoqqadan çıxr, dövlətimizin imkanı var ki, öz vətəndaşın yiyə dursun!
Beləliklə, qarşılaşdığımız cinayətəməlli bu hüquqpozmalarla bağlı şikayətimizin araşdılrılması, dəyən maddi və mənəvi ziyana görə təzminat ödənilməsi və fırıldaqçıların ifşa edilməsində bizə yardımçı olmanızı xahiş edirik:
- İstehlakçı hüquqlarımız bərpa edilsin;
- Fırıldaçılıq edib bizi aldadan, bir neçə həftə ərzində məişət hüquqlarımızı, həyat tərzimizi pozaraq bizə mənəvi-psixoloji çətinliklər yaratmış usta və servisin cəzalandırılması;
- Göstərdikləri xidmət müqabilində nə rəsmi VÖEN-li çek, nə də zəmanət talonu verdikləri araşdırılsın;
- Yalançı reklamla müştəri toplamaqla bağlı Azərbaycan Respublikasının Reklam və İstehlakçıların hüquqlarının pozulması ilə bağlı məsələlər;
- Vətəndaş cəmiyyəti və medianın sorğusuna əhəmiyyət vermədikləri;
- Əməkdaşlarla rəsmi Əmək Müqaviləsi bağlanmaması və s.
Xahiş edirik ki, qısa bir vaxtda bu problemlərin aradan qaldırılması, fırıldaqçıların ifşa edilməsi və başqalarına da nümunə olması ilə əlaqədar bizə öz yardımınızı əsirgəməyəsiniz.
P.S. Bu şikayət təmin olunmadıqdan, qısa müddət ərzində www.yenimedia.net Sosial-Analitik informasiya saytında yerləşdiriləcək.
P.S.S. Türk Texno Servis: Biz 2012-ci ildən Azərbaycanda fəaliyyət göstəririk və bu illər ərzində müştərilərimizin bir çox məişət texnikası ilə yaranmış problemlərini yüksək səviyyədə həll etmişik və hər bir müştərimizi razı salmışıq. Biz bütün brendlərə məxsus kondisionerləri, kombi sistemlərini, paltaryuyan maşınları, tozsoranları, market soyuducularını, havalandırma sistemlərini təmir və montaj edirik. Bundan əlavə olaraq, biz yüksək səviyyədə hər növ santexnika işlərini yerinə yetiririk. Biz yalnız original və keyfiyyətli ehtiyyat hissələrindən istifadə edirik və bütün gördüyümüz işlərə yazılı zəmanət veririk! Yazıb vətəndaşlarımızı aldadan fırıldaqçılarla bağlı rəsmi şikayətlərimiz aidiyyət qurumlara ünvanladıq.
Məhkəmədə görüşənədək!
Hörmətlə,
Yeni Yazarlar və Sənətçilərİctimai Birliyinin sədri, yazıçı-kulturoloq: Aydın Xan Əbilov