“Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi həyta keçirilir

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi fevralın birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsinin icrasına başlayıb.

Tanınmış ictimai fəal, şair-publisit Faiq Balabəyli (Səfərov) sədri olduğu “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə,
“Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi Qarabağdakı hər iki Vətən müharibəsində şəhid və qazi olan döyüşçülərin ailə və övladlarının sosial problemlərinin araşdırılması, onlara psixoloji və hüququ yardımların göstərilməsi, həmin şəxsələrin geniş cəmiyyətə adaptasiya olunmasından bəhs olunur.

Məlumdur ki, zəfər çalıdığımız, düşmən üzərində aşkar qələbə qazandığımız 44 günlük möhtəşəm Vətən müharibəsi iştirakçıları ilə bağlı müəyyən işlərin görülməsinə həmişə ehtiyac duyulur. Dünyada olduğu kimi, ölkəmizdə də müharibədən əziyyət çəkən insanların sayı yüzlərlədir.

Heç kimə sirr deyil ki, dövlətimiz, ayrı-ayrı qurumlar bu yöndə lazımi işlər həyata keçirirlər. Vətən müharibəsi iştirakçılarının sosial qayğılarına yönəlik layihələr həyata keçirir, bu istiqamətdə mühüm addımlar atılır, yaranmış problemlərin həllinə səy göstərilir. Bununla belə, vətəndaş cəmiyyəti təmsilçiləri də şəhid və qazilərin adaptasiya prosesində yaxından iştirak etməli, həmin şəxslərin postmüharibə dövrünə uyğunlaşmasına çalışmalıdırlar.

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin mətbuat xidmətinin açıqlamalarına görə, aktuallığına görə fərqlənən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi geniş fəaliyyyət planına, tədbirlərinə görə bu istiqamətdə maraqlı tədbirləri, çap olunacaq kitabı, sosial şəbəkələr, yeni media, mətbuatdakı təbliğat işlərinə görə də fərqlənəcək

Qeyd edək ki, layihənin icra müddəti 4 ay olmaqla fevralın 1-dən başlamaqla iyunun 1-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir