Əfqan problemi, dərinləşən gərginlik, ölməyən ümidlər…

Əfqanıstandakı gərginlik gerçəkdən regionun və dünyanın başağrısına çevrilib. Geopolitik maraqlara xidmət edən Əfqanıstan problemi bəzi siyasi, hərbi dairələrin politoloji müzakirə poliqonunun əsas mövzusudur. Bundan kimlərin qazanc götürəcəyini və yaxud itirəcəyini  qabaqcadan demək çətindir.

40 ildən artıqdır ki, bu ölkə sabitlik, rifah üzünə həsrət qalıb.
Bir anlıq  nəzər salaq  Əfqanıstanda hərbi münaqişlər necə yarandı.  Hətta o dövrdə, yəni ötən əsrin 80-ci illərinə qədər  həmin regionu tədqiq edən şəxslər də bu, fikirləri təsdiqləyir ki,  vaxtılə  Əfqanıstanda  şahlıq dövründə  indikindən fərqli olaraq  normal  həyat tərzi, dövlətçilik ənənələri, sabitlik olub.

Təbi ki, o zaman  həmin ölkənin əhalisi belə demək mümkündürsə  zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı.  Dünyanın hegemon qüvvələri olan Sovet İttifaqı ilə ABŞ-ın  hərbi poliqonuna  çevrilən kimi Əfqanıstan həmin dövrdən başlayaraq çokməyə başladı. Əfqanıstana ixrac olunan  azadlıq, demokratiya əgər buna azadlıq demək mümkündürsə, görün,  bu ölkəni  hara gətirib çıxarıb?  Həm Rusiya,  həm də ABŞ regiona sonu görünməyən fəlakət gətirdi.

Deməli, bu prosesləri analiz edəndə bu qənaətə gəlmək olar ki, hər bir ölkə üçün ciddi problem demokratiya deyil, dövlət, dövlətçilik ənənələrinin oturuşmamasıdır. Ədalətli idarəetmə sisteminin bərqərar olmasıdır. Əfqan xalqı öz dövlətini qurub möhkəmləndirməyənə qədər taliblər və digər qüvvələr sabitliyi pozmağa talib olacaqlar.

Amerikanın bu regionu uduzmuş şəkildə tərk etməsindən sonra Taliban rejimi gücləndi. İslama nə qədər dəxli olub olmadığını demək çətin olsa da, Taliban rejimi şəriət qanunlarına uyğun idarəetmə sistemini yenidən tətbiq etməkdədir.

Ancaq burada bir diqqəti çəkən məqam  ondan ibarətdir ki,  Taliban əvvəllər etdikləri səhvləri və cinayətləri yenidən təkrar etmək istəmir. Görünür, Taliban rejiminin ideoloqları keçmişlərindən ibrət dərsi götürərək dünyadan təcrid olunmuş  şəkildə yaşamağın, inkişaf etməyin mümkünsüzlüyünü dərk edirlər. Bu pozitiv proseslərin başlanğıcı ola bilər.

Əkrəm Bəydəmirli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir