İsrailin Xarici İşlər naziri və ölkəmizdəki səfirinin Bakıda isti qarşılanma

Bu gün Bakıda İsrailin Xarici İşlər naziri Eli Koenin və İsrailin Azərbaycandakı səfiri -Corc Dikin qarşılanma mərasimi baş tutmuşdur. Bundan sonra Xarici İşlər Nazirinin və eləcə də səfirin şərəfinə Bakıda təntənəli şam yeməyi ziyafəti təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov başda olmaqla, ölkəmizin bir çox tanınmış şəxsi iştirak etmişdir. Həmçinin, bu tədbirdə İsrailin ”Şah- Dağ” Təşkilatının Azərbaycan üzrə bu günlərdə təsdiq olunmuş nümayəndəsi, beynəlxalq hüquq eksperti, “Alyans Zalov İmza” TV-nin rəhbəri İsmayıl Zalov da iştirak etmişdir.

Səmimi, həm də işgüzar şəraitdə baş tutan tədbirdə maraqlı söhbətlər olmuşdur. Həmin tədbirdə, həmçinin, xatirə şəkilləri də çəkilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir