COVİD-ə təsir edən konkret antiviral preparat yoxdur? – Həkim rəyləri

“Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil”. 

Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib. İnfeksionist bildirib ki, protokollarda bir sıra dərmanlar göstərilsə də, virusa təsir edən konkret dərman yoxdur: “Favipiravir, Remdesivir və s. kimi preparatların karonavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib. Bu preparatlar ev şəraitində neçə gəldi, yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər. İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq, bütün həkimlər bu dərmanları necə gəldi, təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar. Antiviral preparatların olmayan xeyrindən çox yan təsirləri var”.  

 Vüqar Cavadzadə onu da əlavə edib ki, dünyada sadə herpes virusunu məhv edən dərman preparatı tapılmayıb: “Bəlkədə zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVİD-in müalicəsində düzgün tətbiq edilməyib. Neçə-neçə xəstə COVİD-dən yox, bu preparatların toksiki təsirindən dünyasın dəyişib”. İnfeksionist Namiq Nəbiyev isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, virus əleyinə istifadə olunan dərmanlar doğrudan da ağır dərmanlar hesab olunur: 

 “Onların hamısı qara ciyərdə böyük problemlər yaradır, bunu hamı bilir. Amma bizim əlimizdə başqa varinat yoxdur, xəstəni nəylə müalicə edək? Korona yaranandan hamı bilir ki, bunun dərmanı yoxdur. Onun yeganə dərmanı peyvənddir. Peyvənd olunacaqsan ki, özünü bu virusdan qoruyasan. Antiviral qəbul etməsən, bu viris bədəndən getməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir