İctimai Nəzarət Koalisiyası sədri Rasim Məmmədovun Qəbələ səfəri


11 iyul 2021-ci il tarixində İctimai Nəzarət Koalisiyası nümayəndə heyətinin İNK-nın yay fəaliyyət proqramına uyğun olaraq Qəbələrayonuna növbəti səfəri baş tutub.
İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Qəbələ rayonuna bu faydalı səfəri də şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimai fəalları ilə səmərəli görüşlər, geniş ictimaiyyətlə söhbətlər ilə zəngin oldu.
İNK Qəbələ Rayon Şöbəsinin rəhbəri və üzvlərinin müşahidəsi ilə İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Qəbələ rayonunda şəhid ailələri ilə görüşləri səmərəli davam edib. İctimai xadim həm də doğum günü qeyd edən Rəşid Qəzənfər oğlu Nəsrullayevin ailəsini ziyarət edib.
Şəhid Rəşid Qəzənfər oğlu Nəsrullayev 1993-cü il iyulun 11-də Qəbələ rayon Nic qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Vətən qarşısında müqəddəs borcunu Qazax rayonunda yerləşən N saylı hərbi hissədə yerinə yetirmişdir. O, 2020-ci il 21 sentyabrda olan təlimlərə qatılmış, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak etmişdir.
Rəşid Nəsrullayev 2020 ci il noyabr ayının 3-ü Ağdərə rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Nic qəsəbə qəbristanlığında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Rəşid Nəsrullayev, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların ailələrinin qapısını döymək, şəhidini yad etmək hər birimizin borcudur. İNK sədri həmişə olduğu kimi, ənənəsinə sadiq qalaraq, şəhid ailələrinə təsəlli vermək, onların problemlərini öyrənib sosiallaşdırmaq üçün onları ziyarət edib. Nüfuzlu ictimai xadim və tanınmış qonağın gəlişi ailələrin də ürəyincə oldu. Ziyarət zamanı çox ağır olsa da, anaları göz yaşında boğsa da, şəhidin doğum gün tortu kəsildi.
İNK nümayəndə heyəti və sədr daha sonra o, şəhid ailələri ilə birlikdə 2016-cı ilin aprel şəhidi leytenant Sahil Şirinovun portreti qoyulmuş körpünü ziyarət etdi. Şəhidin valideynləri Sahil Şirinovun adının körpüyə verilməsi ilə bağlı məsələ qaldırdıqlarını və lazımi rəsmi yerlərə dəfələrlə müraciət etdiklərini bildirdilər. Bu günə qədər həllini tapmayan bu məsələ Rasim Məmmədov tərəfindən dinləndi, bu problemlə bağlı lazım olan yerlərə müraciət edəcəyinə bildirdi.
Görüş əsnasında rayonda şəhid ailələrinə olan diqqət və qayğıdan danışıldı. Bunun bariz nümunəsi olaraq qonaq, ailələrlə birlikdə şəhid Zeynalov Adəm adına Şəhid bulağını, daha sonra Tikanlı, Uludas, Yemisanlı, Mixliqovaq, Kotuklu kəndlərinin birinci və ikinci Qarabag müharibəsində istirak edən şəhidlərimizin adına olan bulaq da ziyarət edilmişdir.
Tədbirlər zamanı İNK ailəsinin çoxminli üzvəri adından kədərlərini ifadə edən, həmrəy olduqlarını bildirən, mənən hər zaman onlarla birlikdə olduqlarını xüsusi vurğulayan İNK sədri Rasim Məmmədov və görüşlərin iştirakçıları qazi və şəhid ailələrinə ehtiramlarını göstəriblər.
Səfər çərçivəsində İNK nümayəndə heyəti və ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki parkda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül dəstələri qoymuş, şəkil çəkdirmişlər.
İNK Qəbələ Regional Nümayəndəliyi və Şəhər Şöbəsinin fəaliyyəti ilə yaxından tanış olan Rasim Məmmədov öz tövsiyələrini və tapşırıqlarını rəhbərlikdə təmsil olunan ictimai fəallara çatdırmış, sadə qəbələlilərlə söhbət etmişdir.
Görüşlərdədə İNK və onun yerli qurumlarının fəaliyyəti xüsusi dəyərləndirilmiş, Prezident İlham Əliyev cənablarının ictimai nəzarətin genişləndirilməsi iklə bağlı tapşırıqları əsas götürərək ictimai fəallıq və faydalılıq nümayiş etdirən təşkilatın yerli şöbə rəhbərliyində təmsil olunanlara təşəkkürlər edilmişdir.
Vətəndaş Cəmiyyəti platforması olaraq sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasında son vaxtlar aparılan geniş islahatlar haqqında məlumatları icra başçısına çatdıran İNK sədri Rasim məmmədovbildirilib ki, son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən Qəbələ rayonundan üzvlüklə bağlı çoxsaylı müraciətləri olunur ki, onarın da əksəriyyəti müharibə iştirakçıları, veteranlar, qazilər, şəhid ailələrinin üzvləridir. Bu müraciətləri nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili reqlamentə uyğun olaraq, müsbət qərarlar qəbul edir, İctimai Nəzarət Koalisiyası sıralarının dövlətçilik maraqlarına cavab verən aktiv şəxslərlə genişlənməsinə şərait yaradır.
İctimai xadim Rasim Məmmədov təşkilatda aparılan yenilənmə və islahatlar haqqında danışaraq, bu yaxınlarda qurduqları İNK Audit və Akkreditasiya Mərkəzi haqqında bilgiləri çatdırıb. İNK sədri vurğulayıb ki, yeni Mərkəz İNK-da gedən QHT-lərdə, vətəndaş cəmiyyətində və təşkilatda gedən islahatların monitorinqini aparır, geniş ictimaiyyətə və İNK üzvlərinə təqdim edir.
İctimai görüşlərdə 5 ildən artıq genişprofilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətlərini ardıcıl izlədiklərini bildirən, aparılan faydalı işləri dəyərləndirdiklərini vurğulayan yerli ictimaiyyətin nümayəndələri ilə rayon rəhbər şəxslərin dialoqunun genişlənməsi, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Daha sonra Bakıdan gələn qonaqlar və ictimai xadim Rasim Məmmədov İNK aktivisti Fəxriyar Qaçayevin toy məclisində iştirak ediblər.

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir