Tarix yenidən yazılarkən: 1905-1920-ci illər arasında ermənilər tərəfindən törədilən soyqırımlar

Qafqazdakı erməni dəstələri tərəfindən türklərə və kürdlərə qarşı soyqırımlar həyata keçirilib. Castin Mekkarti qeyd edir ki, buna səbəb ermənilərin Ermənistan dövlətinin sərhədlərinə daxil etmək istədikləri “Vilâyatı Sitte” (Vilâyatı Sitte (mənası: Altı region), 13 iyul 1878-ci ildə imzalanmış Berlin müqaviləsinə görə Osmanlı imperatorluğunda Ərzurum, Van, Mamurətül-əziz, Diyarbəkir, Sivas, Bitlis adlı altı bölgə formalaşdırılmışdı) bölgəsində əhalinin sadəcə 19%-ni təşkil etmələri idi. Onlar burada erməni əhalisinin sayının artırılmasının yolunu müsəlmanların sayınının azaldılmasında görürdülər.

1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksütun Partiyasının lideri Hovhannes Kaçaznuni 1905 və 1906-cı illərdə müsəlmanlar və ermənilər arasında qanlı hadisələrin olduğunu bildirib. O, 1914-cü ildə erməni qoşunlarının türklərə qarşı fəaliyyətə başladığını söyləyir.

1915-ci ildə rus komandirlərdən biri Vandakı erməni rəsmisi Arama bölgədəki kürdlərin öldürülməsi əmrini verib. Lakin Aram əmrin həyata keçirilə bilməyəcəyini qeyd edib.

Osmanlı arxivləri 1910-1922-ci illər arasında 523.000 türkün erməni dəstələri tərəfindən öldürüldüyünü bildirir. Fransa Xarici İşlər Nazirliyindən Rusiyanın Parisdəki səfirliyinə göndərilən 14 may 1915-ci il tarixli bir məktubda Van qiyamı zamanı bölgədə təxminən 6000 müsəlmanın öldürüldüyü bildirilir.

1915-ci il avqustun 19-da Avstriya səfiri ermənilərin türklərə qarşı törətdikləri soyqırımlardan danışırdı.

1916-cı ildə bölgəni işğal edən Rusiya ordusu fevralın 16-da Ərzurumu, iyulun 11-də Ərzincanı ələ keçirdi. Türklər 1918-ci ildə bu torpaqları geri aldılar.

Rus polkovnik-leytenant Tverdoxlebov 1917-ci ilin yazında ermənilərin yerli əhalinin əlindəki silahları toplamaq üçün xalqı təqib etdiyini və işgəncə verdiyini bildirirdi. Daha sonra Rusiya ordusu geri çəkildikcə soyqırımlar böyüməyə başladı. 1918-ci ildə Ərzincanda ermənilər 800 türk mülki şəxsi öldürdülər. Ermənilər Ərzuruma geri çəkilərkən yolda türk kəndlilərini öldürmüşdülər.

Ermənilərdən qaça bilməyən türklər Ilıca bölgəsində öldürüldü. 1918-ci il fevralın 27-də Tepeköydəki bütün müsəlmanlar öldürüldü. Tepeköydə öldürülən türklərin cəsədləri Atatürk Universiteti tərəfindən 2010-cu ildə aparılan qazıntılar zamanı aşkarlanıb və saylarının 150 olduğu təyin olunub. 26 fevral 1918-ci ildə Tekederesidən geri çəkilən ermənilər yola çıxan müsəlmanları qətl edib və qarşılaşdıqları kəndlərdə insanların heyvanlarını oğurlayıblar.

1918-ci il fevralın 27-də Ərzurumun Alaca kəndində ermənilər türkləri öldürüblər. Ərzurumda türk bazarları ermənilər tərəfindən yandırılıb. 1918-ci il fevralın 26-dan 27-nə keçən gecə Ərzurumda ermənilər 3000-8000 müsəlmanı öldürüb.

Tverdoxlebov Ərzurum yaxınlığındakı kəndlərdəki türklərin 1918-ci il fevralın sonlarında “yoxa çıxdığını” bildirir. 1918-ci ilin dekabrında Uluxanlı, Kamerli və Dərələyəzdə xalq erməni dəstələri tərəfindən təqib edilirdi. 1918-ci ilin mayında bölgəni ələ keçirən Osmanlı ordusu ermənilərin 250 müsəlman kəndini yandırdıqlarını bildirib.

Amerikalı tarixçi Castin Mekkarti qeyd edir ki, Birinci Dünya müharibəsində əhalisinin 17%-ni ermənilər, 78%-ni müsəlmanlar təşkil etdiyi 6 vilayəti (Sivas, Mamüret’ül Əziz, Diyarbakır, Bitlis, Van və Ərzurum) ermənilər özlərinin olduğunu iddia edərək işğal edib və bölgədə yaşayan bütün müsəlmanların Ermənistan dövlətini qurmaq üçün erməni inqilabçıları tərəfindən öldürülüb.

1919-cu ilin iyul ayında Britanya ordusunun polkovnik-leytenantı Albert Rovlinson ölkəsinin İstanbuldakı Baş Qərargahına göndərdiyi teleqramda ermənilərin Oltudan Bayezid sərhədinə qədər soyqırımlar etdiklərini bildiir. 16 iyul 1919-cu il tarixli Osmanlı sənədində ermənilərin Şərur və Naxçıvan bölgələrindəki müsəlmanlara hücum edib öldürdükləri, Şərur xalqını Araz çayına tökdükləri və qırx beş kəndə hücum etdiyi bildirilir. Bu soyqırımlara cavab olaraq bölgəyə 11-ci Qafqaz Diviziyası göndərilib və 600 nəfərdən ibarət olan erməni dəstələri Osmanlılar tərəfindən məğlub edilib.

Erməni polkovnik-leytenant Melik Şahnazarov erməni diviziyasının hesabatında 30 türk kəndini ələ keçirdiyini, sakinlərini öldürdüyünü və kəndlərin qarət edildiyini bildirib. O, 29 başqa türk kəndinə hücum etmək üçün icazə istəyib. 1920-ci ildə erməni zabit hesabatında Basarkeçərdə Türk əhalisini seçmədən öldürdüyünü bildirib. 1920-ci ildə Qars kəndlərindəki Türk və Kürd əhali öldürülüb və kəndlər talan edilib. 4 dekabr 1920-ci il tarixli Osmanlı sənədində Sarıqamışın on üç kəndində ermənilərin soyqırım törətdikləri, bu hücumlarda 1975 nəfərin öldürüldüyü və 276 ailənin məhv edildiyi bildirilir.

Ahmet Esat Uras “ermənilər tərəfindən kişilər, qadınlar və uşaqlar arasında ayrı-seçkilik edilmədən törədilən” soyqırımların Rusiya qeydlərinə daxil edildiyini bildirir. ABŞ-dakı erməni əhalisi də bu soyqırımları dəstəkləyirdi.

Erməni dəstələrinin bu dövrdə türk məscidlərinə və digər ictimai binalarına ziyan vurduğuna dair bir çox məlumat da var.

Daha sonra, 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə müsəlmanların can və mal varlıqları təminət altına alınıb.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımlar törətdilər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Firuz Bağırov
Ordu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir