Babəkin sığındığı Bəlləbur qala-kompleksi: niyə respublika və dünya əhəmiyyətli deyil, yerli abidə sayılır…
Babəkin sığındığı Bəlləbur qala-kompleksi və Babər qalası. Maraqlıdır, respublika və dünya əhəmiyyətli deyil, yerli əhəmiyyətli sayılır…
Vətənimiz Azərbaycanın hər qarışı özündə bir tarix əks etdirir. Onun hər qarış torpağında çoxlu qalalar və digər maddi-mədəni abidələr günümüzə qədər qalmaqdadır. Belə tarixi abidələrdən biri də Bəlləbur qalasıdır. Bəlləbur qalası təxminən 1 ha sahəni əhatə edir və hündürlüyü 4-5 metr, eni 1,5 metrdir. Kvadrat formalı kərpicdən tikilmiş qaladakı yaşayış məskənlərinə çəkilən, gildən düzəldilmiş su boru sisteminin qalıqları aşkar edilib. Bəlləbur qalası orta əsr memarlığı nümunəsidir və abidənin VIII-IX əsrlərdə tikildiyi ehtimalı var. Hündürlüyü 4-5 metr, eni 2 metr olan qala divarları kvadrat formada olan (22 x 22 x 6 sm) qırmızı kərpicdən və çay daşından hörülmüşdür. Hər tərəfi dağ, ətrafı yaşayış məntəqələri ilə hüdudlanmış Bəlləburun yerləşdiyi ərazi böyük hərbi-strateji əhəmiyyətə malik imiş. Qalanın içərisindəki əzəmətli bürcdən 60-80 kilometrlik məsafə o vaxt ovuc kimi görünürmüş. VIII-XIV əsrlərdə böyük bir ərazinin hər tərəfinə buradan nəzarət edilirmiş və Bəlləbur həm də möhtəşəm qala şəhərmiş
Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. İndiyə qədərki tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub və bir zamanlar xürrəmilərinn sığındığı Bəlləbur qalası, bizim günlərdə bölgənin ən qiymətli tarixi abidələrindən biri sayılır.
Bəlləbur qalası, təssüflər olsun ki, hələ də yerli əhəmiyyətli bir memarlıq abidəsi hesab olunur: qala Lənkəran şəhərindən 6 km cənub-qərbdə, Bəlləbur kəndinin yaxınlığında, Talış dağlarının ətəyində yerləşir. Qala 1 hektardan çox ərazini əhatə edir. Qala haqqında ilk məlumat 1869-cu ildə tarixçi Səyidəl Kazımbəyov tərəfindən verilmişdir.
1926-cı ildə azərbaycanlı arxeoloq İsa Əzimbəyov “Azərbaycan Arxeoloji Komitəsinin “Xəbərləri” jurnalının ikinci sayında “Lənkəran ərazisinin qədimləri” məqaləsində yazırdı: “Bəlləbur qalası dağın zirvəsindədir və birinci dairənin divarında otaqlar var. Birinci dairənin divarında ağ daşdan oyulmuş bir qoç fiquru, ikinci dairənin divarında yay, ox, qılınc, xəncər şəklində relyef fiqurları və üst dairənin sonunda xaraba bir otaq var. Orada əlavə otaqlar da var və onlar tünd qırmızı və açıq qırmızı kərpicdən tikiliblər. Qalanın tapıntıları arasında orta əsrlərin şirli keramika, mis və qızıl Bizans numizmatikası nümunələri yer alır.”
Arxeoloq yazır ki, hətta orada qədim Bizans sikkələrini tapıb və nəticə olaraq burada elmi araşdırmalardan daha çox pul qazanmaq üçün “qızıl qazanlar”ın geniş fəaliyyətləri var. Bəlləbur dağında enli palıd ağaclarının böyüməsi nəticəsində Bəlləbur zamanı müşahidə edilən binalar dağılmışdır (1).
Azərbaycan Dövlət Arxeoloji Komitəsi (1924) və Azərbaycan MEA-nın Tarix İnstitutu (1961-1964) Bəlləbur qalasına ekspedisiyalar təşkil etmişlər. Qalada yüngülvari arxeoloji qazıntılar aparılmış və çoxlu tarixi-arxeoloji nümunələr əldə edilmişdir. Fransız arxeoloqu Jak de Morqan da bir zaman Bəlləbur qalasına gəlmiş və qazıntı işləri aparmışdır. O, qala ərazisində eramızadan əvvəlki XII-IX əsrlərə aid çoxlu daşqutu, qəbirlər, tunc əşyalar, bəzək şeyləri əldə edərək Fransanın Sen-Jermen müzeyinə vermişdir.
“Bəlləbur” sözü müxtəlif mənalarda işlənir və arxeoloq İsa Əzimbəyov qalanı “Balabür”
adlandırmışdır. Arxeoloq Hatəm Kəsəmənli 1967-ci ildə qala ətəyindən təxminən 100 metr şərqdə – düzənlikdə su kanalı üçün dərin birxəndək qazıldığını göstərdi. Qazıntılar zamanı bürünc və dəmir silahlar da daxil olmaqla müxtəlif mədəniyyət əsərlərinin tapıldığı bir mədəni təbəqə tapıldı. Burada tapılmış at zirehləri, oranın son tunc dövründə bir yaşayış yeri olduğunu sübut etmiş olur. Erkən dəmir dövrü, 1,5-2 metr qalınlığı yaşayış yerinin böyük olduğunu və o dövrdə sıx bir həyat yaşandığını göstərir. Yaşayış məntəqəsinin şərqində, yerlilərin “Sığon” (talışa “daşlar” deməkdir) adlandırdıqları böyük bir ərazidə, yaşayış yeri ilə eyni yaşda bir qəbiristanlıq var. Fərqli ölçülərdə “daşqutu” tipli türbələr nəhəng daş parçalardan düzəldilmişdir.
Bəlləbur qalasının mənbələrdəki adı Babər qalasıdır və elə yerli sakinlər indi də ona talışca “Babırə ğələ” (Babər qalası) deyir. Amma qeyd etmək istəyirik ki, bu qalanın adının Babər olması fars və ərəbdilli qaynaqlarında da qeyd olunur. Ərəb mənbələri bildirir ki, ərəblər ilk dəfə Abdullah ibn Qasımın dilindən, Fərvi ibn Ləkitin dilindən, əl-Mədaini mənə söylədi ki, Osman ibn Əffan, Allah ondan razı olsun, xəlifə olanda, o, Ütbə (ibn Fərhadı) Azərbaycandan geri çağırdı və Valid əbu Müeyti [ora hakim] təyin etdi. Onun vaxtında Azərbaycan əhalisi sülh müqaviləsini pozdu. Bu, Validi 25-ci ildə onlara qarşı öz dəstəsinin başında Abdullah ibn Qibl olmaqla, yürüşa etməyə məcbur etdi. Valid Muğan, Babər, Taleşan əhalisinə hücum etdi, qənimət aldı, çoxlarını əsir etdi və Azərbaycan vilayətinin əhalisini xahişi ilə Hüzeyfə sülh bağladı. (Bax: Azərbaycn tarixi üzrə qaynaqlar, kitabı. səh. 72). Bu mənbədə adı çəkilən Muğan, Babər və Təyləsan bizim indi yaşadığımız Şimali Azərbaycanın Muğan düzü, Taleşan–Taleşan yəni farscadan tərcümədə Talışlar mənasını verən Talış ərazisi, Babər isə Lənkəranda yerləşən Bəlləbur qalasıdır. Çünki xalq öz arasında onu Babər qalası adlanırır. (Bax. Aqşin Mistanılı. Persona.az. saytı. Babər qalası. 19.09.2017-ci il). Ərdəbildə müqavləni mərzban İsfəndiyar Fərruxzad, Taleşanda isə onun qardaşı Bəhram bağlamışdır.
Qalanın adı yerləşdiyi kəndin adı ilə eynidir: Bəlləbur – Balelabır kəndi iki talış “bəlel” (“palıd”) və “bır” (“tikan”) sözlərinin birləşməsindən yaranıb. Əvvəllər kənddə palıd meşəsi üstünlük təşkil edirdi (13). Araşdırmalarımızı davam edirik…
Aqşin Əliyev, Tədqiqatçı-tarixçi
İstifadə olunmuş ədəbiyyat
1.Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. səh. 18.-25( 1-ci nəşr))
2.Səidəli Kazibekov. “Cavaxirnamei Lənkəran”. Lənkəran – 1869
3.Əxbar adı. Xudaverdioğlu.1555.
4.Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2020. səh. 18.-25.(2-ci nəşr)
5.Surya Mytilenli Zahari-At-Tabari, I, 892-894. Nöldeke. Geschichte der Perser und Araberzurzeit Sasaniden, s. 152-153; A. Chrlstensen, L’Iran oğulları la Sassanides, Paris, 1936, s. 134.
6.N.V.Pigulevskaya Erkən orta əsrlərdə İran şəhəri, M.-L, 1956, s. 169-173.
7.At-Tabari, I, 89.3, VII əsr, s. 58,
8.V. G. Lukonin. İran ilk Sasanilər dövründə, s. 19-24.
9.Yakubovski A.Yu. İbn Miskaveikh, 332-ci ildə (M.Ö. 943-944) Berd əleyhinə Rusiya yürüşü haqqında.B.B, t. XXIV əsrlər, 1926.
10.Eremov T. Kartlininmarj dövründə feudal forması. (532-627).
11.Etibar Əhədov, Mihxaşım Talışlı. Lənkəran Ensiklopedik Lüğəti. Bakı-2014. səhifə 80.
12.”Mədəniyyət” qəzeti. 21-12-2008, bax: “Azad Zülaloğlu “Azərbaycan” qəzeti.
13.Aqşin Əliyev. Talş bölgəsi abidələrinin ensiklopediyası. Azərbaycan, B. 2018.səh. 18.-25.
Redaksiyadan: Şərq və İslam dünyasında xüsusi hadisələrin meydanı olan Bəlləbur qala-komöleksi, təssüflər olsun ki, hələ də yerli əhəmiyyətli bir memarlıq abidəsi hesab olunur. Ermənilərdə olsaydı, xaçpərəstliyin mərkəzi elan etmişdilər. Fransanın Sen-Jermen müzeyindəki eksponatlarımıza yiyə duracağıqmı?

