Vətəndə mümkün deyilsə, uğuru xaricdə necə qazanmalı?!. Gənc mühacir Azər Əhməd Türkiyədən yazır

    O gün televizorda Betti Uillyamsın çıxışına qulaq asarkən, bu söz ağlımda qaldı: “Hər şey yolunda getmədikdə özünə bir tətil hədiyyə elə…”

Mənim xaricdə köçüb yaşamağa hekayəmdə belə başladı. Ölkəmizdə yaşayan çoxsaylı gəncdə xaricdə yaşamaq istəyi universitet illərində başlayır. Üsyankarruhlu gənclər üniversiteti bitirdikdən sonra çevrəsindən və ailə basqısından qurtulmaq üçün xaricə getmək yollarını axtarır.

4 ildən çoxdur xaricdə yaşayan biri kimi deyə bilərəm ki, bu iş o qədər də asan deyil. İlk növbədə özümüzdə bir sualın cavabını tapmalıyıq: “Niyə doğma ölkəmdə deyil, məhz xarici ölkədə yaşamaq istəyirəm?” Bəlkə də bu yazını oxurkən, sualın belə qoyuluşu bir çoxuna maraqsız gələ bilər?! Çünki xaricdə səni gözləyən həyatın bu suala verəcəyin cavabdan çox aslıdır. Çox insana bu sualı versək, aldığımız cavab demək olar ki, hər kəsdə eyni olacaq: “Ölkəmdə olan imkanlar məni qane etmir və qazandığım pulla gələcəyim üçün heç bir kamfort təminatı vermir”.

Üniversitetdən məzun olduqdan sonra gənclər özlərini dolandırmaq üçün müxtəlif işlərdə çalışırlar. İnsanların çoxu çalışdıqları iş yerlərində şəxslərinə lazımi sayğı və dəyər görmədiklərini düşünürlər. Eyni işi görən və ətrafında güclü arxası olan həmyaşıdlarımızın qazandığlarına baxdıqda, onlarla aramızda böyük bir uçurumun olduğunu anlayırıq. Beləcə, xaricdə çalışıb daha yaxşı imkanlarla yaşamağın yollarını axtarırıq. Necə ki vaxtilə özəl sektorda on iki saat və bəzən daha çox çalışmağımın özümə heç bir faydası olmadığını fikirləşirəm. Verilən əmək haqqı eyni, amma çalışma saatı çox. Yerinə yetrdiyimiz ağır işin qarşılığını almamaq və əməyimizin boşa getdiyinin görmək insanda psixoloji problemlərə belə gətirib çıxardır. Həyatımızın bu şəkildə getdiyi ilə barışa bilmirsən və isdəyirsən ki, hər şeyin axarını dəyişmək üçün xaricə getmək yolları axtarırsan.

Ah, xaric, yaşamağa cənnət kimi görünən yad məmləkətlər… Burası ayrı bir dünya. Ayrı mədəniyyətlə tanış olmaq, fərqli yeməklər yemək, yad müsiqilər dinləmək, müxtəlif yerlər görmək… Bu düşüncələrin özü belə biz gəncləri  belə həyəcanlandırır. Gün içində ətrafımıza diqqət etsək, görərik: məmləkətimizdə istədikləri həyatı yaşaya bilmədikləri üçün çox təəssuf ki, gənclər gərgin və xoşbəxt deyillər. Halbuki gedəcəyin yad məmləkətdə nələri sənin gözlədiyini bilmədiyin halda hər hansı bir ölkədə sıfırdan başlamaq, orda “qara camaat” təbəqəsinə aid ediləcəyin halda, nədən öz ölkəsini tərk etmək istəyir görəsən gənclər?!.

  İlk dəfə xaricə getdiyimdə həqiqətəndə istədiyin kimi davranmaq, toplumun basqısı olmamağı məni o qədər xoşbəxt etmişdi ki, bunları sözlə ifadə etmək mümkün deyil. Çox təəssuf ki, özün ola bilmək hissini biz toplum içində yaşaya bilmirik. Axı biz uşaq olandan toplum basqısı, ətraf nə deyir, psixlogiyası ilə böyüyürük. Elə bilməyin ki, bu baxımdan ancaq bizim ölkəmiz bataqlıqdadır. Gedəcəyiniz ölkədə qapıları taybatay açıb sizi gözləmir. Hər toplumun özünə aid olan qaydaları, mental qadağaları var. Əgər bu qaydalarla riayət  edə bilsən, bəlkə qapıdan keçmənə icazə verərlər.

  Mənim də xaricə köçüb yaşamağa başlama hekayəm qardaşımın təhsilini davam etdirmək üçün buraya gəlməylə başladı. Ondan öncə cənub regionun  mirvarisi olan Xan Lənkaranın qabaqcıl istirahət mərkəzlərin birində afisant olaraq çalışırdım. Hər şey əvvəllər yaxşı getsə də, zaman keçib yaşa dolduqdan sonra, hər kəsə bəlli olduğu kimi, insanın ehtiyacları da artır. On iki – on dörd saat və bəzən də daha çox çalışma saatları, üstəlik  gələn müştərilərin bitib tükənməyən istədikləri insanı fiziki yox, mənəvi olaraq da yaman yorurdu. Qardaşım qardaş Türkiyəyə gəldikdən sonra çox sevdiyim bir dostumuzun sayəsində, onun dəvəti ilə mən də arzularımın ardıyca ora yollandım…

 Dostumuz Türkiyə vətəndaşıdır. İstirahət mərkəzində çalışdığım zaman onunla tanış olmuşdum. O, istirahət mərkəzinin dizaynı və rekonstruksiya memarıydı.

“Ora” dediyim sizə ələ gəlməsin ki, maraqsız bir yerdir. Bura Türkiyənin ürəyi – Egenin incisi, aşiqlər şəhəri Marmarisdir. Dostum Zafer abimin gözəl bir sözü var: “Bura gəlib havasını udub, suyunu içdikdən sonra, istəsən də burdan gedə bilməzsən”. Həqiqətən də elədir. Marmarisə ilk ayaq basdığım zaman sanki ayrı bir dünyanın içinə düşursən. Hər kəs istədiyi kimi davranır, hər kəs burda sərbəstdir. Burasi turistik bir şəhərdir.

İlk gəlişim zamanı bir həftə durmadan gəzdim. Marmarisin gözəl təbiəti, mətbəxi, insanların istiqanlı olması və qonaqpərvərliyi sözün əsl mənasında insanı valeh edir. Qonaqpərvərlik, yardımsevərlik biz azərbaycanlılarla türklərin qanında var onsuz da. Amma qonaqpərvərlikdə biz Lənkəranlılara, bütövlükdə isə Azərbaycanlılara, düşünürəm ki, heç bir ölkə, şəhər çata bilmez.

  Gələk buradakı işlərimə, ilk vaxtlardakı işgüzar həyatıma. Türkiyəyə gəlib qeyri-qanuni yollarla burada işləyən çox insan var. Marmarisə gəldiyimin ilk ayında dostumun sayəsində kafelərin birində işləməyə başladım. İşlədiyim tatlıçı kafesiydi və dostumun qardaşının idi. Belə sövdələşdik ki, burası mənim ilk iş yerim olacaq və hər yeri tanıyandan sonra, yaxud başqa daha gəlirli iş tapsam, oradan ayrılacağam. Çalışma saatı burda da on iki saat idi. Marmarisə gələn turistlər  bəzən heç özləri də nə istədiklərini bilmirlər sanki. Nəticədə sən özün də çalışansan və heç kimə bir söz deyə bilməzsən. Öyrəşmədiyimdən, ya nədəndir, bilmirəm, amma iş yerlərinin heç sevmədiyim bir qaydası vardı ki, sinirlərimə hər zaman toxunurdu: “Müştəri hər zaman haqlıdır”.

   Kafedə çalışdığım zaman bir neçə aya artıq şəhəri tanıdı və etrafdakılar da meni yaxşı tanıdı. Bu şəhərdə azerbaycanlı, demək olar, çox azdır, lap  yox dərəcəsindəydi. Maraqlı idi ki, tanışlarımın bəziləri məni azəri, bəziləri isə talış deyə səsləyirdilər. Hər kəsə ölkəmi, millətimi yaxşı mənada tanıtmışdım. Gülərüzlü və söhbət etməyi sevdiyim üçün müştərilərlə aram yaxşı idi. Çox zaman müştərilər danışardı mən dinləyərdim. Bir gün söhbət zamanı müsafirlərdən biri öz vizitkartını mənə verdi. Tanışım mənə Marmarisin ən böyuk 5 ulduzlu otelin güvənlik müdiri oldugunu, oteldə resepsionda olmasa, mühafizədə məni işə düzəltmək istədiyini söylədi. Qiş mövsümü idi və  fikirləşmək üçun 1-2 ayım vardı. Otelde resepsionda işlemek yeni insanlarla tanış olmaq isə hər zaman ən birinci istəklərimdən biri olub.

Bir dəfə işde iş yoldaşımla bu otelə gedib-getməmək haqqında danışarkən, bir xanım müştərimiz söhbətimizi eşidib mənə yaxınlaşdı. Əvvəlcə rusca bilib bilmediyimi soruşdu, sonra haralı olduğumu. Rusca bildiyimi, azerbaycanlı oldugumu  və diplomun da oldugunu öyrənəndən sonra, mənə həyat yoldaımın otelçi olduğunu və resepsiona işçi axtardıqlarını söylədi. Həmin dəqiqə kiməsə zəng elədiyini gördum. Sonra mənə otelin müdirinin nomresini verdi. Hər şey bir andaca baş verdi sanki. Marmarisin Turunç kəndində fəaliyyət göstərən beşulduzlu otellərin biri idi. İsirahət günlərinin birində zəng edib görüş aldım. Mənə təklif etdikləri imkanlar da yaxşı idi. Beləcə, çalışdıqım kafedə sezonu tamamladıqdan sonra növbəti yaz sezonunda otelin qeydiyyyat şöbəsində “resepsionda” işləməyə başladım. Çox həvəslə işliyirdim: ən azından planlaşdırdıqlarımdan birinə çatmışdım. 8 saatlıq iş rejimi və ayrıca bir gün istirahətim idi. Əvvəlki Azerbaycanda işlədiyim 14 saatlıq iş rejimi və bəzən heç isirahət də olmayan işdən fərqli olaraq belə bir yerdə çalışmaq çox mənə rahat idi, əlbətte. Xarici vətəndaşlarla, yeni insanlarla tanış olurdum.

Fəaliyyətə başladığımın birinci ayda çalışma iznim də alındı. Bir mövsüm çalışdıqdan sonra, aktiv  sezon bitdi. Mən də qışı yeniden ilk çalışdığım kafeyə, köhnə iş yerimə qayıtdım. Yeni mövsüm az qalmış otelden zəng gəldi: mənimle çalışmaq istədiklərini söylədilər və mən də razılıq verdim. Yazda otelə getmədən öncə kafedəki yerimə tətildə olan qardaşımı qoydum. Özüm otele getdim.

Yaxşi işlədiyimə görə məni resepsion lideri vəzifəsini verdilər. Bəzi vaxtlar “part-tayım”da başqa işdədə çalışırdım. Səhərlər 8 saat otelde axşamlar da 4-5 saat kafedə çalışırdım. Qarşıma məqsəd qoymuşdum və əlbəttə ki, ona çatmaq üçun çox çalışmaq lazım idi.  Bir az əziyyət çəkmək lazım oldu, beləcə bu sezon da bitdi.

Növbəti dəfə yolumu Rusiyadan saldım. Çalışarkən, ətrafıma yaxşı insanlar toplamışdım. Oteldə tanış olduğum, əslən Bakıdan olan turist Moskvada iri, şəbəkəli restoran sahibi idi. İşlər yaxşı olsaydı, orada qalıb davam edəcəkdim geri dönməyəcəkdim. Əvvəllər hər şey yolunda gedirdi. Amma Rusiyada, bildiyimiz kimi, millətçilik, irqçilik daha üstünluk təşkil edir. Maaşı çox yaxşi idi, Türkiyədə 3 ayda qazandığımı burada 1 aya əldə edirdim. Qazandığım pul yaxşı olsa da mənə elə gəlirdi ki, orada daxilən rahat deyiləm. Türkiyədə özümü daha rahat hiss edirdim.

Budur, artıq növbəti yaz mövsümünün başlamasına az qalmışdı. Yenidən dönüb oteldə çalışmağa başladım. Bu dəfə də yaxşı çalışdığıma görə, iş yerində yeni vəzifəyə təyin oldum. Və iki beşulduzlu otelin “Front Office Manager Assistant” vəzifəsində  çalışmağa başladəm və necə deyərlər, haydı, çalışmağa  davam…

Həyatımın çox qısa bir dönəmi barədə sizə danışdım: zatən elə də çox yaşım yoxdur. Bəlkə deyəcəksiniz ki, elə bil dünyanın sonunda yaşayır, yaxud sanki ABŞ-da böyük uğrlar əldə edib. Türkiyə dediyin qonşumuzdu, orda işləməyə nə var ki? Bilrəm, belə suallar verəcəksiniz. Elə sanmayın ki, xarici dil bilmirəm. İngilis, rus, türk, polyak, hətta talış  dilini mükəmməl səviyyədə bilirəm. Ordan yenə nələrsə dediyinizi anlayıram: “Bu qədər dil bilsəm, gedib Avropada yaşayardım…” İnanın bu sualı çox eşitmişəm, fəqət bilin ki, mənim üçün əsas ruhi dinclik, can rahatlığıdır. Türkiyə mənim ikinci məmləkətimdir. Burada sanki evimdəymiş kimi özümü hiss edirəm…

Gənclərə, həmyaşıdlarıma bir məsləhətim: “Əgər bir xəyalınız varsa, onu plana çevirməli və niyyətinizi məqsədə çevirməyi bacarmalısınız. Əgər insanlar bir şeyi bacarmazlarsa, bunu həyatında bacara bilmədiklərini və sənin də bacara bilməyəcəyini söyləyəcəklər, həvəsdən salacaqlar. Əgər bir şey arzulayırsansa, istəyinin ardıyca get və onu əldə elə!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir