Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar – SİYAHI
Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.
Fanat.Az xəbər verir ki, əsas çempionatda çıxış edən 8 komandanın hamısı bu problemlə üzləşib.
Futbolçularla yanaşı, məşqçilər və hətta klub əməkdaşlarının da testlərinin müsbət çıxması halına rast gəlinib.
İndiyədək koronavirusa yoluxanların siyahısını təqdim edirik:
“Qarabağ”: Qurban Qurbanov (baş məşqçi), Elvar Quliyev (tərcüməçi), Maksim Medvedev, Rahil Məmmədov, Musa Qurbanlı – hamısı aktiv xəstədir“Zirə”: Eltun Yaqublu (köməkçi məşqçi), Ali Sesay, Klesio Bauk – hər üçü sağalıb, Kərim Diniyev – aktiv xəstədir“Neftçi”: Prins İbara, Emin Mahmudov, Mirabdulla Abbasov, Cabir Əmirli – hamısı sağalıb, Anton Krivotsyuk – aktiv xəstədir“Sumqayıt”: Səbuhi Abdullazadə – sağalıb“Keşlə”: Vüsal İsgəndərli, Rəhman Hacıyev, Stanislav Namaşko, Şəhriyar Əliyev – hamısı aktiv xəstədir“Sabah”: Ceyhun Nuriyev, Elşən Abdullayev, Abbas Ağazadə, Təmkin Xəlilzadə – hamısı sağalıb, Coşqun Diniyev, Yevgeni Koçuk, Xulio Sezar Rodriges – aktiv xəstələrdir“Səbail”: Mahir Ələsgərov (həkim) – sağalıb, Kamal Qurbanov – sağalıb, Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev – aktiv xəstədir“Qəbələ”: Merab Giqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Rasim Ramaldanov, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev – hamısı aktiv xəstədir, Murad Musayev – sağalıb.
Beləliklə, indiyədək 8 klubdan 37 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb. Onlardan 24-ü aktiv xəstələrdir.

