Qəni Camalzadənin sosial-bədii nəsri – Aydın Xan yazır

Kulturoloq, kitabxana.net saytının rəhbəri Aydın Xan Əbilovun yazıçı Qəni Camalzadənin sosial-bədii nəsri haqda yazısını təqdim edir.

Yazıçı dostlarımın yaradıcılığı haqqında yazmaq hər vaxt mənə Sizif əzabı verib: real həyatda tanış olduğun, birgə zamanı bölüşdüyün, üstəlik də əgər onlarla eyni ictimai-mədəni proseslərə baş qoşursansa, məsələ daha da qəlizləşir…

Bu yaxınlarda Qəni Camalzadə ilə eyni telekanalda efir bölüşərkən, o maraqlı bir fikir işlətdi: Aydın Xan irrosional mülahizələri ilə, mənsə rasional – maksimalist fikirlərimlə cəmiyyəti maarifləndirməyə çalışırıq. Olsun, onsuz da satirik yazıçı, son illərdə isə daha çox sosial romanlar müəllifi kimi tanınmağa başlayan Q.Camalzadə yaradıcılığından yazdığım bu qeydləri daha çox kulturoloji gəzişmələr kimi qəbul etmək lazımdır, nəinki ənənəvi ədəbi-tənqidi məqalə kimi oxumaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir