Dərya Qılıc – bir müəllifin üç kitabı haqqında üç müəllifin yazıları: “Tale yolları”, “Bir qapılı iki məhlə” romanları, “Povest və hekayələr” kitabına “Ön söz”lər…

“Tale yolları” romanına “Ön söz”     “Tale yolları” romanı Dərya Qılıc – Nailə Bahadır qızı Qılıcovanın sayca altıncı kitabıdır. Əsər ənənəvi roman üslubunda yazılıb. Roman klassik dramatik hadisələrlə zəngindir. Bu irihəcmli bədii nəsr nümunəsi qələmə almaqda müəllifin məqsədi xalqımızın qarşılaşdığı erməni işğalından bəhs etməkdir. Nailə xanım dövrümüzün fəlakətini ürək yanğısı ilə qələmə almışdır.

Read more