Xalqın təbriki, icitmai təşəkkürlər! – İctimai aktivist Məhəmməd Məmmədov yazır
İnsanlar o zaman bu həyatda iz buraxırlar ki, onların fəaliyyəti fərdi maraqlar üçün deyil, ictimai, dövlət və ölkə əhəmiyyətli məsələlərə ünvanlanır. Lənkəran Azərbaycanın iri meqapolisi və yerləşdiyi coğrafi ərazizisinə görə, zəhmətsevər insanlarına və iqtisadi-mədəni əhəmiyyətinə görə seçilən mühum məkanlarından biridir. Cənub diyarının mərkəzi sayılan Lənkəranın inkişafı Ümummilli Lider Heydər Əliyev, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan və Prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.
Bu tarixi şəxsiyyətlərin mühum tapşırıqlarını, qərar və sərəncamlarını yerinə yetirmək üçün isə, sözsüz, yerli məmurların işgüzarlığı, peşəkarlığı, komanda ilə çalışmaq bacarığı, vətəndaşlarla ünsiyyət mədəniyyəti əsas xüsusiyyətlərdəndir.
Lənkəran rayonunun və yerli insanların bu mənada bəxti gətirdiyini deyə bilərik. Məhz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov təyin olunandan bu yana doğma diyarımız özünün yeni inkişaf mərhələsini yaşayır. Sənaye, kənd təsərrüfatı, xidmət sahələri, təhsil, turizm, səhiyyə, mədəniyyət, idman istiqamətində Lənkaranın qazandığı uğurların memarı əgər ölkə başçısıdırsa, onun müvəffəqiyyətlə həyata keçirilməsində Taleh Qaraşovun peşəkar yanaşmalarını, qatqılarını, fəaliyyətini unutmaq olmaz.
Məmurları tərifləmək, ad gününüdə ürək sözlərini söyləmək bizim insanların arasında etik norma sayılmasa da, dünyanın hər yerində bu, bir ictimai dəyər sayılır. Bu mənada cəmiyyətin arasında olan bir ictimai fəal kimi sadə insanların təbriklərinə mən də qoşuluram və illərdir şəxsən tanıdığım, gördüyü çoxsaylı işləri təqdir edərək hər zaman dəstəklədiyim mürəkkəb və məhsuldar ictimai-siyasi fəaliyyətinə, diyarımıza sərf elədiyi zəhmətinə görə, Taleh müəllimə təşəkkürlərimi çatdırmaq istəyirəm.
Cənab başçı, yüz yaşayın, qoy hər zaman fəaliyyətiniz indiki kimi xalqımızın, diyarımızın, ölkəmizin çiçəklənməsinə yönəlsin. Bu işdə sizə böyük uğurlar arzulayırıq…
Məhəmməd Məmmədov,
İctimai fəal

