Prezident İlham Əliyev ləyaqətin qələbədən vacib olduğunu öz xalqına aşılamışdır

Müzəffər Prezident İlham Əliyevin bir çox dövlətlərlə imzaladığı mühüm sənədlər, Bəyannamələr nəinki, Qafqazın, bütün dünyanın sülh şəraitində yaşaması üçün çalışdığının göstəricisidir.

Rusiya-Azərbaycan münasibətlərinin daha da yaxşı inkişaf etməsi üçün çalışmaq yerinə, bu münasibətlərə şübhə ilə yanaşıb və ictimai rəydə çaşqınlıq yaradan hərkəs birmənalı şəkildə Azərbaycan dövlətinə, millətinə, xalqına düşməndir desək yanılmarıq. “Əgər Rusiyanın Azərbaycana qarşı yaxşı münasibətdə olmasına şübhə ilə yanaşmalı olsaq, məntiqlə düşünüb, tutarlı faktlara əsaslanaraq Qərbin Azərbaycana qarşı münasibətinədə şübhə ilə yanaşmalıyıq” və belə olan halda biz bütün dünya ölkələrinə şübhə ilə yanaşmış olarıq, şübhə ilə yaşamağın isə necə dəhşətli və çətin olduğu, bu işlərə münasibət bildirən ağıla sahib olan heçkəsə sirr deyil.

Yenidən məntiqlə düşünüb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni əsas götürərək Rusiya-Azərbaycan arasındakı dostluğa şübhə ilə yanaşmaq nə dərəcə də məntliqli, hətta deyərdim ədalətli olardı?

“Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar”. Bəyannamə özü uzun müddət öncə idi ki, hazırlanırdı, çünkü 2-ci Qarabağ savaşı başlayandan dərhal sonra Putin söyləmişdir: “Müharibə Azərbaycan torpaqlarında gedir, bizim qarışmaq hüququmuz yoxdur” məhz Putinin bu çıxışı, hələ bizə heç bir bəndi o zaman məlum olmayan Bəyannamənin, 1-ci bəndi ilə üst-üstə düşür. Bu isə, Bəyannamənin tarix olaraq ən az, o zamandan hazırlandığına sübutdur. Hələ bilinmir, Bəyannamənin hazırlanmasına, 2-ci Qarabağ savaşından daha uzun müddət öncədən də başlanması istisna deyil. Ümumiyyətlə, belə ciddi Bəyannamələr tez, qısa zaman ərzində hazırlanıb imzalanmır, tərəflər bunu istəsə belə, buna heç bir dövlət başçısı risk edib, razılıq üçün tez qərar vermir.

Bəyannamənin Rusiya-Ukrayna müharibəsi ərəfəsində imzalanması isə, təsadüfən həmin müddətdə Bəyannamənin bütün bəndlərinin tam hazırlanıb bitməsi ilə əlaqəli ola bilər. Eyni zamanda Bəyannamənin bütün bəndlərini diqqətlə oxuyanda görünür ki, Bəyannamədə bütün bəndlər bərabərhüquqludur.

Nəzərə alsaq ki, Qərbin Azərbaycana qarşı mənfi, paxıl, qısqanc münasibəti artıq hərkəsə bəllidir, Qərbin ikili standartları hərkəsə məlumdur. Azərbaycana qarşı artıq qərəzli münasibətini açıq-aydın nümayiş etməkdən də çəkinmirlər. Dünyada hadisələrin belə ədalətsiz cərayan etdiyi zamanda, azərbaycanlılar üçün imzalanan Bəyannamənin, imzalandığı tarix nə dərəcə də əhəmiyyətli ola bilər? Heç bir əsaslı fakt yox idi, Rusiya ilə imzalanan Bəyannamədən imtina edək. Bəyannaməyə razılıq üçün atılan imzanın doğru olduğunu isə təsdiqləyən yüzlərlə, minlərlə əsaslı səbəblər var idi.

Ermənistanla Delimitasiya və demarkasiya işlərinin aparılması bu gün Azərbaycan üçün ən çox önəmli məsələlərdən biridir. Başda Rusiya olmaqla, heç bir dövlətin bu işlər aparılarkən qarışmaq hüququ yoxdur və deməyə əsas var ki, heç bir dövlət qarışa da bilməyəcək.

Azərbaycan İqtidarı, Azərbaycan xalqının maraqlarını üstün tutaraq, bütün qonşularıyla bərabərhüquqlu dostluqlara, sülh içində yaşamağa hər zaman hazır olmuş, buna cəhd etmişdir. Azərbaycan hətta Ermənistanla barışıb, sülh şəraitində yaşamağa hazır olduğu halda, Rusiya ilə münasibətləri daha da niyə yaxşılaşdırmasın? Ermənistanla Azərbaycanın sülh şəraitində yaşayıb, bir daha şəhid verməməyi üçün, ən çox çalışan Azərbaycan xalqıdır.

Bir tərəfdən Qərbin Azərbaycana qarşı ikili standartı, bir tərəfdən Ermənistanın hələ sülhə tam razılıq verməməsi, digər tərəfdən anti-Azərbaycan qüvvələrin və onlara satılan milli satqınların Azərbaycan-Rusiya münasibətlərini korlamaq cəhdi, hətta Azərbaycan-Türkiye münasibətlərinədə bacardıqları qədər xələl gətirmək cəhdləri varkən, Azərbaycan İqtidarının mükəmməl addım atdığı, Azərbaycan xalqına, millətinə gün kimi aydındır. Məhz bu kimi uğurlu addımların sayəsində, Azərbaycanda möhkəm bağlar üzərində qurulan xalq-iqtidar birliyinə, bütün dünya ölkələri heyrətlə baxır, bəzi ölkələr isə ciddi şəkildə qısqanıb, paxıllıq edirlər.

İkili standartla üzləşən tərəf, ölkə olaraqda, fərd olaraqda bəzi hallarda, bəzən məcbur qala bilir müəyyən məqamlarda cavab olaraq ədalətsiz mövqe sərgiləsin, bu həm özünü müdafiə üçün, həm də qisas üçün ola bilir. Ancaq Azərbaycan dövlət başçısı İlham Əliyev ədalətsizliyə, ədalətsizliklə cavab verməyə əsla öz xalqına, millətinə icazə verməmişdir. Hər zaman mərd-mərdanə siyasətinə sadiq qalaraq, 19 illik fəaliyyəti zamanı ləyaqətin qələbədən vacib olduğunu öz xalqına aşılamaşdır. Ləyaqəti qələbədən vacib hesab etməsəydik, Qarabağı daha tez qaytara bilərdik.

Ləyaqət prinsipini qorumaq şərtiylə Qarabağı qaytaran Müzəffər Prezident İlham Əliyev, bütün dünyaya öz gücünü bəyan etmiş oldu. Bu bizim ölkəmiz, xalqımız, millətimiz adına böyük uğur oldu, bundan sonra Müharibədə daxil, istənilən sahədə qazandığımız qələbələrə görə dünya tərəfindən bizə qarşı, iki dəfə çox heyrət yaranacaq. Eyni zamanda bir dəfə heyrətlənəcəklər qələbə qazandığımıza görə, ikinci dəfə heyrətlənəcəklər ona görə ki, ləyaqətli və şəffaf qələbə qazandığımız üçün.

Qərbin Azərbaycana qarşı ikili standartlarına sevinən anti-Azərbaycan qüvvələri və onlara satılan sapı özümüzdən olan baltalar, Qərbin bu münasibətlərini görməzdən gəlirlər. Azərbaycanı zəiflətməyə, Azərbaycan-Türkiyə, Azərbaydan-Rusiya münasibətlərinə atdıqları iftiralarla nail olacaqlarını zənn edirlər. Əgər belə ədalətlidirlərsə, ilk öncə Qərbin ikili standartlarını tez-tez göz önünə gətirməlidirlər, bunu etmirlər, çünkü bu sapı özümüzdən olan baltaların maliyyəni aldığı qüvvələrlə, anti-Azərbaycan qüvvələri eynidir.

Mircəlal Mehdiyev,

Lənkəran rayon Moğonojoba kənd sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir