Digital film platformaları, yoxsa kinoteatrlar? Aydın Xan Əbilovun rəyi. Araşdırma.
Bir çox insan boş vaxtlarını necə dəyərləndirəcəyini bilmir. Vaxtı səmərəli keçirməyin yollarından biri də film izləməkdir. Bəziləri film izləməyə hobbi kimi yanaşsa da, bir qisim insan müxtəlif biliklərə yiyələnmək və maariflənmək üçün film izləyir. Film insanları öyrədir, güldürür, duyğulandırır və müxtəlif emosiyalara qarışmasına səbəb olur. Bəzən bir film bizə real kimi gəlir, biz filmin duyğusuna qapılırıq və filmin təsirindən bir müddət çıxa bilmirik.
Filmə kinoteatr, televiziyada və internetdə baxa bilərsiniz. Filmlər həyatımıza qismən 1860-cı illərdən daxil olmağa başladı. İlk günlərdə obyektlərin hərəkətləri ilə başlayan film tarixi bugün yerini profesional kamera kadrlarına və montaja buraxıb. Bu gün o qədər filmlər çəkilməyə başlayıb ki, indi bu filmlər ayrı-ayrı kateqoriyalar üzrə qiymətləndirilir.
Filmlərə Baxmağın Faydaları Nələrdir?
İlk növbədə, filmlərə baxmaq insanların boş vaxtlarını keçirməsinə şərait yaradır. Ümumiyyətlə, filmin çəkildiyi millətin mədəniyyəti kinolarda öz əksini tapdığından başqa xalqların mədəniyyəti ilə tanış olmaq şansımız olur. Xarici dil öyrənməyə çalışan bir çox insan filmlər sayəsində xarici dillərini təkmilləşdirir.
Hazırda bir çox insan digital kino platformalarından istifadə edir. Buna səbəb isə filmlərin yaş qruplarının , mövzularının , janrlarının müxtəlif olmasıdır. Eyni zamanda burada orijinal filmlərin və serialların verilməsi bu platformalara abonə olanların sayını artırır.
Bu dijital platformalardan ən populyarı Netflixdir. Netflix hər bir internet istifadəçisinin ilk seçimi kimi tanınırdı, lakin 2021-ci ilə gəldiyimiz zaman Netflix-ə rəqib bir çox platformalar internetdə yayılmağa başladı.
Məsələn, Disney+ digital platforması ortaya çıxdı və “Ulduz Döyüşləri”, “Marvel” filmləri ilə dünyanın qəlbini fəth etdi. HBO Max yayımlandıqdan sonra böyük blokbasterlər yayımladı və “Peacock The Office”i izləmək üçün yeganə yerə çevrildi.
Gələcək illərdə saysız-hesabsız rəqiblər qarşısında lider olan “Netflix”-i əvəz edə biləcək yeni digital film platforması ola bilər. Lakin insanların “Netflix”in ən yaxşı orijinal məzmuna sahib olması fikrindədirlər.
İnsanlar arasında sorğu aparılıb və insanların 39%-i “Netflix”in ən yaxşı orijinal məzmuna sahib olduğunu düşündüklərini bildirib. Orijinal məzmun baxımından ikinci ən yaxşı yayım platforması 12% ilə “Amazon Prime”, 7% ilə “Disney+” və “Hulu” üçüncü və dördüncü, “HBO Max” isə 6% ilə beşinci oldu.
Aşağıda ən çox istifadə olunan digital yayım platformalarını sizlərə təqdim edirik:
1. Netflix
2. Amazon Prime
3. Disney+
4. HBO Max
5. İndieflix
6. Blu tv
7. Exxen
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov fikirlərini SİA-ya açıqlayıb.

Aydınxan Əbilov bildirib ki, müasir dövr daha çox qlobal informasiya formaları dövrü kimi sosial şəbəkələr dövrü kimi səciyələndirilir: “Buna görə də Yeni medianın özünün də yeni standartları və normaları var. Sizin qeyd etdiyiniz kimi rəqəmsal platformalarda konsertlər, kliplər, görüntülü və səsli məhsullarla tanış olmaq daha asan başa gəlir. Zamana vaxta qənaət edirik. Nəzərə alaq ki, bir çox ölkələr bu platformalardan istifadə edərək öz mədəniyyətlərini inkişaf etdirir, öz ölkələrini dünya ictimaiyyətinə tanıdır. Bu platformalar insanların sosiallaşması üçündə xüsusi rola malikdir. Azərbaycanda və digər ölkələrdə böyük ekranlarda kinoya baxmaq mədəniyyət hadisəsi kimi tarixin arxivinə gedir. Təəssüflər olsun ki, insanların kinoteatra getmək mədəniyyəti azalıb. Filmlərə və konsertlərə də kütləvi baxış artıq yox olmaq üzəridir. Koronavirusun yaranması və pandemiya halı alması kinoteatrların, konsert zallarının bağlanmasına səbəb oldu. Əlbəttə, bəzi biznesmənləri bu fürsətdən istifadə edərək yayım platformaları yaratdılar. Xüsusən də Amerikada bu platformalar yaranmağa və yayılmağa başladı. Eyni zamanda Rusiyada və Türkiyədə də bu platformalar papulyarlaşmağa davam edir. Əsasən musiqi konsertləri, sənədli filmləri, kinoları göstərən Netflix, Disney+ və s digital platformalar daha məşhurlaşıb. Düşünürəm ki, Azərbaycanda da bu tipli digital platformalar yaradılmalıdı. Bu platformaları istifadə etmək üçün müəyyən edilmiş vəsaiti ödəmək lazımdır. İnsanlar maşın sürən zaman, evdə ,iş yerlərində və s özünün rahat seçdiyi məkanda bu platformalar ilə filmlərə baxa bilərlər. Bu isə bizim üçün əlverişli və əlçatandır. İnsanlarımız düşünürlər ki, internetdə bir film mövcuddursa ehtiyac yoxdur ki, həmin filmi kinoteatrda gedib baxasan. Tamaşaçılarla birgə izləməyin özü də mədəni və etik adətə çevrilib. Dünyada hələdə kinoteatrla baxış var. Azərbaycanda isə kinoteatrlara bilet nisbətən bahadır və bu filmlərin çoxu Azərbaycan dilinə tərcümə olunmur. Azərbaycanda kinoşünaslıq bir o qədər inkişaf etməyib ki, dəbdə olan filmlər Ölkəmizə gətirilərək tərcümə olunsun. Yeni media imkanlarının təsiri ilə bu sahədə zəiflik yaranıb. Ona görə də insanlar bu cür platformalara üz tutur və Ödəniş etməklə orjinal filmlərə istənilən dildə baxmaq imkanı əldə edirlər. Düşünürəm ki, Azərbaycanda bu cür yayım platformaları yaradılmalı və insanların istifadəsinı verilməlidir”.
Qönçə Quliyeva, https://sia.az/az/news/social/948205.html

