Siz heç diqqət vermisiniz: millətimizin boyu qısalır?.. Kulturoloq Aydın Xan Əbilov sosioloji gəzişmələri – 1
Azərbaycanlıların boyu get-gedə azalır: dünən universitetlərin birinin tətbiqi riyaziyyat fakültəsndə tədbirdə idim, tələbə-gənclərə xüsusi fikir verirəm, böyük əksəriyyəti sısqa, arıq və mən beşbətəri bəstəboy, hətta balacaboy idilər. Başa düşürəm ki, ümumən götürəndə, avropalılara rəğmən biz qafqazlılar, türklər və azərbaycanlıların boyu bir elə də hündür deyil, amma son zamanlar İran və Türkiyə vətəndaşlarının boyu durmadan artmaqdadır – axır 50 ildə orta statistik göstəricilərə görə hətta 10-20 sm artım olduğu söylənilir. Ola bilər tələbələr 1 və 2 kursda oxuduqlarına görə elə miniatür görsəndilər, amma burada başqa ümumi problemlər də var.
1) Bu universitetdə oxuyanların əksəryyəti öz “kələlərilə” daxil olanlardır: oxuyan yeniyetmələr isə çox zaman fiziki görünüşə fikir vermədiklərinə görə arıq və boyuçıxmaz qalırlar.
2) Çipsilər, quru yeməklər, yarımfabrikatlar, genidəyişilmiş ərzaqlardan hazırlanmış yeməklər, energetik içkilər, kola və şəkərəvəzləyicilərlə, dad və rəng qatqılarıyla gen-bol şirəli-qazlı içkilər, dönərlər-pitsalar, kolbasa-sosislər, duru yeməklərdən imtina bu hala gətirib şıxarıb. Araşdırmalara görə sosial imkanları yaxşı olan, normal qidalanan Avropalıların boyu durmadan artır.
3) İntim həyata erkən başlamaqları, İnternet və televiziyada erotik-pornoqrafik materiallara əlçatımlığı, virtual sevişmək və başqa seksual sapmalar “nəticəsidir”…
4) İdman və bədən tərbiyəsi ilə məşğul olmamaq, hərəkətsizlik, aktiv həyat sürməmək, oturaq yaşayışa meyllilik, şəhər mənzilində hərəkətsizlik, bioloji durğunluq, adamların arasındakı təbii rəqabətin ölməsi və s. səbəblərdən.
5) İKT, yeni qajetlər, İnternet, sosial şəbəkələr, çatlaşmalar, smartfon və kompyüterlərə ifrat meyllər və onun mənfi fəsadları.
6) Geniş əhali kütləsinin iqtisadi-sosial durumunun bərbad olması: davamlı yarımac qidalanma.
7) Natural meyvə və tərəvəzlər, biotəmiz ərzaqlardan istifadə əvəzinə, geni dəyişdirilmiş qidalardan yararlanmaq.
8) Yeniyetməlik dövründə vitamin və minirallarla təmin olunmamaq, dərmanlardan gen-bol istifadə, stress altında böyümək…
9) Dəbdə olan arıqlamaq, az yemək, ayaqüstə qidalanmaq və s.
10) Xəstəliklər, gigiyenik təmizliyə xüsusi diqqət ayırmamaq, yuxusuzluq və lazımınca yatmamaq…
Məncə, Səhiyyə, Təhsil, Gənclər və İdman Nazirlikləri, Təbib, aidiyyəti dövlət orqanlarının nümayəndələri tezliklə belə boyazalmasına qarşı araşdırmalar aparmasalar, tədbirlər görməsələr, bir azdan biz də çinlilərin gününə düşərik…

