Əli Kərimli həqiqətən Ukraynaya dəstək vermək istəyir, yoxsa Azərbaycan-Rusiya dostluğuna xələl gətirmək?

Əli Kərimli həqiqətən Ukraynaya dəstək vermək istəyir, yoxsa Azərbaycan-Rusiya dostluğuna xələl gətirərək, Rusiya-Azərbaycan müharibəsinin başlamasını istəyir?”

Əli Kərimli başlıca “hədəfinə” çatmaq üçün, getdiyi “yolda” ən əsas planlarından biri Azərbaycan-Rusiya arasındakı bu gün mövcüd olan faydalı münasibətlərə ziyan vurmaq, digəri Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə, aradakı hörmət və ehtirama xələl gətirməkdir. Yaxşı, bəs nəyinə lazım ola bilər belə bir şey Kərimov Əlinin? Azərbaycanı zəiflətmək yoxsa İqtidarı zəiflətmək və hakimiyyətə gəlməkmi?

Xeyr, əsla. Əli Kərimli hakimiyyətə gəlmək arzusunu çoxdan qəlbində basdırıb, məhv edib, diqqət edilsə, bu onun danışıq və simasından açıq-aydın hiss olunur, buna layiq olmadığını isə Azərbaycan vətəndaşlarından daha yaxşı özü bilir. Bəs nədir bu onun istəyi, arzusu? Axı hansısa məqsədi olmasa, hərəkətə keçməz, bütün bunları etməz. Sanki Əli Kərimlinin məqsədi yalnız və yalnız mümkün qədər çox maddiyat qazanmaqdır. O, xarici havadarlarının planı əsasında iş görür və buna görə maddi vəsait alır: hər kəsin anlayacağı dillə desək, bəlkə də “vətənini pula satır”. Məqsədi Azərbaycan dövlətinə ziyan vurmaqdır, onun mübarizəsi, davası iqtidarla deyil. Çünkü xaric ona maddi vəsaiti iqtidara qarşı mübarizədə olmaq üçün əsla verməz. Xarici qüvvələr bunda maraqlı ola bilməz: xaricdən sanki ona deyirlər ki, “dövlətinin zəifləməsi üçün nələrsə et və mən də, sənə maddiyat ayırım”.

Əkəsər səs-küylü siyasi modabazlar kimi, Əli Kərimlinin də başlıca hədəfi çoxlu maddi vəsait qazanaraq, övladı üçün “bir gün ağlamaq” və balasının xaricdə “xoşbəxt” həyat sürməsini təmin etməkdir. Çünkü xəyanət üzərində yaşadığı ömrünü artıq bitirmək üzrədir. O üzdən öz həyatı üçün bütün o çirkablara bu dərəcə də bulaşmaz bəlkə də. Övladı qarşısında “atalıq” borcunu yerinə yetirir yəqin. Əgər belə olmasaydı, nəyinə lazım bütün günü bloqqerlik fəalliyətindədir, dövlət əleyhinə təbliğat aparmaqla davam edib, xəyanətkar obrazında ömür sürmək? Sual yaranır, sənin arzu və niyyətin nədir?! Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdə məqsədin nədir?!

Yəqin onun tək arzusu bu ola bilər: Rusiya-Ukrayna savaşı bitəndən sonra, ölkəmiz ətrafında münaqişəsi başlasın, son nəticədə də günahsız Azərbaycan vətəndaşlarının qanı axsın. Adamın bütün fəaliyyəti müharibəyə çağırışlardan ibarətdir. Birmənalı şəkildə sülhə yox deyir. Çünkü bilir sülh şəraitində heç nə edə bilməz, əksinə, qalmaqal yaradıb, cığallıqla nəsə əldə edə biləcəyini zənn edir. Sülh şəraitində qalib gəlmək ağıl istər. Ağılsız insanlar sülhə qarşı çıxıb, aranı qarışdıraraq qalib gələcəklərinə ümid edərlər.

Dünyada Rusiya-Ukrayna arasındakı vəziyyətə bənzər vəziyyət digər ölkələr arasında da kifayət qədər var. Heç görülübmü ki, hansısa bir münaqişədə, hansısa tərəfə Əli Kərimli dəstək versin? Xeyr, verməyib, çünkü “qazancı” olmayıb. Bu haqda çox izahlar, təhlillər etmək olar, xalqın gözü tərəzidir. Əli Kərimli, birmənalı şəkildə söyləmək olar ki, Rusiya-Azərbaycan savaşının başlamasını istəyir.

Ukraynaya qəlbi acımadan öncə, öz oğlunun xaricdə bahalı həyat yaşaması üçün, qurban verib həbsxanada çürüməsinə səbəbkar olduğu gənclərə qəlbi acısın. Əvvəl yaxınında ürəyiyananlıq eləsin, uzağa hələ getməsin. Yenicə hansısa ölkə Azərbaycanla yaxşı münasibət qurursa, uzun müddət Əli Kərimliyə sanki “od vururlar”, münasibətləri korlamaq üçün müxtəlif böhtan və qarayaxma kampaniyaları həyata keçirir.

Azərbaycan özü 30 il haqsızlıqla tək mübarizə aparan ölkə olub, indiki iqtidar olmasaydı, Azərbaycan torpaqları tamamiylə işğala məruz qalacaqdı. Azərbaycan sabitlik, sülh, inkişaf yolunu seçibdir.

Əli Kərimli və onun kimilərin danışdıqlarının heç bir əhəmiyyəti və təsiri ola bilməz xalqımız, eləcə də dövlətimiz üçün.

Mircalal Mehdiyev, ictimai fəal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir