Rasim Quliyevlə bağlı Prezidentə ictimai müraciət olundu. Siyahı

Vətəndaş cəmiyyəti instutunun nümayəndələri- deputatlar, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının sədrləri, media qurumları rəhbərləri və jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri, Səs İnformasiya Agentliyinin direktoru Rasim Quliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar. TvPress.Az-ın məlumatına görə, müraciətdə deyilir:
 
Hörmətli Cənab Prezident!
 
Sizə müraciətimiz  02 aprel 2021-ci ildə barəsində AR Cinayət Məcəlləsinin 308.2, 314-2.3 maddələri ilə cinayət işi açılan və həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Vaqif oğlu Quliyevlə bağlıdır.
Rasim Quliyev 1988-93-cü illərdə ictimai-siyasi proseslərdə tələbə hərəkatının liderlərindən biri olaraq qatı Heydər Əliyevçi, eyni zamanda, Milli Məclisdə müzakirəyə çıxarılan “Yaş senzi”nin əleyhinə keçirilən mitinqlərin təşkilatçılarından olduğuna görə, dəfələrlə təzyiqlərə, təhdidlərə məruz qalıb. O, 1992-ci ilin dekabrında həbs edilib, siyasi məhbus həyatı yaşayıb və 1993-cü ilin fevralında Ulu Ondər Heydər Əliyevin o dövrkü hakimiyyətə təkidli tələbindən sonra azadlığa buraxılmışdır.
Diqqətinizə çatdıraq ki, Rasim Quliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında iştirak edib və YAP-ın I qurultayından 7-ci qurultayınadək Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda YAP-ın Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisinə YAP-ın təmsilçisi kimi sədrlik edib.
Rasim Quliyev 2000-ci ildə 29 saylı Səbail seçki dairəsinə sədrlik edib. 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib, 2010-2018-ci illərdə isə həmin qurumun aparat rəhbəri vəzifəsini icra edib. 2015-ci ildə Tərəfinizdən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2018-ci ildə öz ərizəsi ilə işdən azad olunub və həmin ildən etibarən “Səs” Media Qrupuna aid “Səs” İnformasiya Agentliyinin direktorudur. O, 2018-ci ildə “RESURS” Analitik İnformasiya Mərkəzi İctimai Birliyini təsis edib, 2019-cu ilin aprel ayından isə YAP Mərkəzi Aparatında ideoloji sahədə işləyib. Rasim Quliyev bütün bunlarla yanaşı onlarla elmi məqalənin müəllifidir. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun dissertantıdır, elmi işinin müdafiəsi mərhələsindədir.
Qeyd etmək istəyirik ki, Rasim Quliyev çox imanlı, alicənab, əqidəli, intizamlı bir dövlət məmuru olub, işlədiyi müddətdə yalnız verilən tapşırıqları ləyaqətlə, şərəflə, dəqiq yerinə yetirib və heç vaxt dövlətə xəyanət etməyib. Cəmiyyətdə vətənpərvər ziyalı kimi tanınıb və işlədiyi müddətdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışıb, ictimai rəydə müsbət imic yaradıb. Uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkir, hazırda səhhətində ciddi fəsadlar yaranıb, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə yerləşdirilib. Himayəsində yaşlı və xəstə anası, azyaşlı məktəbli qızı və 2 azyaşlı nəvəsi var. 
Möhtərəm Zati Aliləri!
Həssas, humanist, vətəndaşlara qarşı çox diqqətli və qayğıkeş olduğunuzu nəzərə alıb tanınmış ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri kimi inanırıq ki, Rasim Quliyevin dövlətə və cəmiyyətə bundan sonra da xidmət etməsi üçün növbəti şans verəcəksiniz. Ümid edirik ki, xahişimizi nəzərə alıb, onun barəsində açılmış cinayət işinə obyektiv baxılmasına və bəraət verilməsinə kömək edəcəksiniz.

Hörmətlə:
1.Əflatun Amaşov – Mətbuat Şurasının sədri, əməkdar jurnalist

  1. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili
    3.Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist
    4.Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru, əməkdar jurnalist
    5.Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru, əməkdar jurnalist
    6.Yunis Oğuz –  “Olaylar” qəzetinin və İnformasiya Agentliyinin baş redaktoru, əməkdar mədəniyyət işçisi, “Tərəqqi” mükafatı laureatı
  2. Akif Aşırlı – “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist
    8.Rauf Arifoğlu – “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist
  3. Aynur Camalqızı -“Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist
  4. Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü
    11.Müşfiq Ələsgərli –  Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü
  5. Şakir Ağayev– “Novoye Vremya” qəzetinin baş redaktoru, əməkdar jurnalist
  6. Afiq Mirzəbəyli- “Reytinq” onlayn qəzetinin baş redaktoru
  7. Əvəz Zeynallı – “Xural” qəzetinin təsisçisi və baş redaktoru, “Xural TV” onlayn kanalının təsisçisi
    15.Vüsal Məmmədov- “Azvision.az” saytının baş redaktoru, REAL TV-nin analitiki
  8. Alqış Musayev – jurnalist, siyasi şərhçi
  9. Əli Musa- “Rezonans.az” saytının baş redaktoru
  10. Ağamir Behbudov- “Azernews.az” saytının redaktoru
  11. Azər Həsrət – əməkdar jurnalist
  12. Qabil Şəldiyev – “Cəmiyyət və qanun” qəzetinin baş redaktoru
  13. Fariz Quliyev –  “Arazmedia.az” xəbər portalının baş redaktoru
  14. Hüseyn Əzizoğlu – “Araz” qəzetinin baş redaktoru
  15. Rəsafil Bayramov – “Atatv.az” saytının baş redaktoru
  16. Səməndər Qurbanov –  “Araz” qəzetinin redaktoru
  17. Zaur Sarıyev –  “Araz Media” qəzetinin redaktor müavini
  18. Zaur Qəriboğlu – araşdırmaçı jurnalist, “Reaksiya” İnternet Televiziyasının rəhbəri
  19. Rəvan Bağırov – “Resurs” Amailik İnformasiya Mərkəzinin ofis rəhbəri
  20. Savalan Talıblı – “Analoq.az” saytının baş redaktoru
  21. Elçin Bayramlı –  TV Press internet qəzetinin baş redaktoru
  22. Lalə Mehralı – jurnalist-sosioloq
  23. Naib Niftəliyev – jurnalist-sosioloq
  24. Natella Məmmədova – “Araz Media” qəzetinin təsisçisi
  25. Rövşən Rəsulov- jurnalist, sosial və siyasi şərhçi, Xəzər TV-nin eksperti
  26. Adəm Abbaslı-  “Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin diplomçusu, jurnalist
  27. Asəf Novruzov – “Cəmiyyət” Media Qrupunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
  28. Vəli Vəlili – “Səs” Media Qrupunun icraçı direktoru, “Tərəqqi” mükafatçısı laureatı
  29. Xanlar Xoca –  “Yenilik.az” saytının baş redaktoru
  30. Cabir Məmməd – “Səs” İnternet Televiziyasının redaktoru
  31. Nəzirə Nurullayeva – “The Business Times” qəzetinin baş redaktoru
  32. Fadil Paşayev – Konkret.az saytının baş redaktoru
  33. Tahir Talıblı – şair-publisist, əməkdar jurnalist
  34. Qafar Çaxmaqlı –  veteran jurnalist, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri, Türkiyənin Ərciyəz universitetinin müəllimi, professor
  35. Akif Cabbarlı – yazıçı-publisist, veteran jurnalist
  36. Valeh Mirzə – yazıçı-publisist, veteran jurnalist
  37. Cavid İsmayıl –  tarix üzrə fəlsəfə doktoru, jurnalist
  38. Sahil İskəndərov – politoloq, əməkdar jurnalist
  39. İmran Bədirxanlı –  jurnalisti-tərcüməçi, ssenarist
  40. Səriyyə Müslümqızı  – tədqiqatçı jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri
  41. Rahib Qərib – hərbi jurnalist
  42. Ləman İsmayılova (Ələşrəfqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist
  43. Afət Məhərrəmova (Telmanqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist
  44. Əsəd Cahangir – “Azərbaycan” jurnalının baş redaktorunun müavini, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Qızıl Kəlmə” mükafatı laureatı
  45. Kənan Hacı – jurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı
  46. Vahid Ömərov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
  47. Rəşad Mahmudov –  millət vəkili
  48. Azər Badamov – millət vəkili
  49. Fazil Mustafa – Böyük Quruluş Partiyasının başqanı, millət vəkili
  50. Razi Nurullayev – Milli Cəbhə Partiyasının sədri, millət vəkili
  51. Nemət Pənahlı –  Azərbaycan Milli Demokratlar Pariyasının sədri
  52. Quylamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri
  53. Qorxmaz İbrahimli – Aydınlar Partiyasının sədr müavini
  54. Abutalıb Səmədov –  Azərbaycan Naminə Alyans Partiyasının sədri
  55. Fuad Əliyev – Azərbaycan Liberal Demokratik Partiyasının sədri
  56. Teyyub Qənioğlu – Təkamül Partiyasının sədri
  57. Fərəc Quliyev – Dirçəliş Partiyasının sədri
  58. Hafiz Hacıyev – Müasir Müsavat Partiyasının sədri
  59. Hadı Rəcəbli – siyasi elmlər doktoru, professor
  60. Elçin Axundzadə – İslahatlara dəstək İctimai Birliyinin sədri
  61. Qabil Hüseynli – politoloq
  62. Elxan Şahinoğlu – politoloq
  63. Svetlana Bayramova – politoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü
  64. Qadir İbrahimli – jurnalist-ekspert, “Güzəran” Sosial araşdırmalar İctimai Birliyinin sədri
  65. Emin Mehdi –  Mənəvi Dəyərlərin Təbliği Fondunun Baş məsləhətçisi
  66. Fatimə Hacıbəyli – jurnalist, Vəfa Sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri
  67. İlham Əliyev – Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri
  68. Səməd Vəkilov – Müvəkkil Hüquq Mərkəzinin sədri
  69. Həsən Qarayev – Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri
  70. Könül Quliyeva – Uşaqların Gələcəyi Namiqə İB-nin sədri, hüquq müdafiəçisi
  71. Sevil Yusifova – Azəri Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri
  72. Mobil Vəkiloğlu – hüquqşünas, sosial-ekspert
  73. Məxluqə Qaramanlı – Əlil Qadınlar Cəmiyyətinin sədri
  74. Təhmasib Novruzov – Azadlıq Hərəkatları İB-nin sədri
  75. Zülfiyyə Nuriyeva – Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İB-nin sədri
  76. Elvin Talışinski – “Elin səsi” İctimai Birliyinin sədri
  77. İradə Abbas – Müharibə Veteranlarının Qadınları İB-nin sədri
  78. Rahilə Mehdiyeva – Sosial İqtisadi və Ekoloji İnkişaf İB-nin sədri
  79. Elşən Məmmədov – istefada olan polkovnik, əməkdar jurnalist
  80. Qismət İsmayılov – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədr müavini
  81. Bəxtiyar Abbasov – YAP Şamaxı rayon təşkilatının sədri
  82. Mahirə Əmirhüseynova – XX Əsrin Qadınları İB-nin sədri
  83. Nəzakət Həsənova – Şəhid ailələrinə maddi və mənəvi dəstək İB-nin sədri
  84. Sənan Həsənov – siyasi elmlər üzrə fəlsəfə doktoru
  85. Rauf Zeyni – hüquq müdafiəçisi
    94.Emin Həsənli – Tərxis olunmuş hərbçi gənclər İB-nin sədri
  86. Hacı Hacıyev – Azərbaycan Kommunist Partiyası MK-nın sədri
    96. Zaur İbrahimov- “Prioritet” Sosial Araşdırmalar Mərkəzi İB-nin sədri
  87. Elməddin Muradlı – Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri
  88. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri
  89. Ruslan Xəlilov – Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri
  90. Seymur Elsevər – sənətşünas-jurnalist
  91. Yaşar Əhmədov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
  92. Aydın Xan Əbilov – Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, kitabxana.net, yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq.
  93. CƏMİ – 101 imza

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir