İnanılmaz liderlik hekayəsi: ona gülürdülər, hökumət başçısı oldu. 35 yaşlı Avstriya kansleri Sebestyan Kurts

35 yaşlı Avstriya kansleri Sebestyan Kurts haqqında nə bilirik. Necə oldu ki, dünyanın ən gənc naziri və hökumət başçısı oldu. O bu karyeranı necə əldə etdi… Özü də ali təhsilin olmadan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Avstriya kimi bir ölkəyə liderlik edəsən.
Özün serb köklü gənc sadə bir ailədə dünyaya gələsən. Anası məktəb müəllimi, atası mühəndis olub.

Siyasi baxışlarına görə mühafizəkar olmasına baxmayaraq Kurts dəfələrlə dünyanın ən seksual siyasətçiləri siyahısına başçılıq edib. Jurnalistlər hökumət başçısını belə təsvir edirlər: “Mühafizəkar, karyerist…” 

Karyerası – “Qara rəng səni seksual edir”

27 yaşında dünya tarixinin ən gənc xarici işlər naziri və ən gənc kansleri oldu. 

2010-cu ildə Vyana şəhər məclis seçkilərinə hazırlaşırdı. Bu zaman paytaxt Vyanada qara rəngli “Hummer”lər üzərində “Möhtəşəmmobil” yazılı avtomobillər dolaşmağa başladı. Onlardan birində isə qara rəngli köynək və dar şortlu qızların müşayiəti ilə dəbli geyinmiş gənc siyasətçi Sebastyan Kurts oturmuşdu. Kampaniyanın şüarı belə idi, “Schwarz macht geil”  – tərcüməsi: “Qara rəng gözəldir”, “Qara rəng səni seksual edir”.

258868

Beləliklə, Kurtz mühafizəkarlar partiyasının ticarət nişanı rəngi ilə iştirak etməyə qərar verdi . Bundan əlavə, hər kəsə qara prezervativ payladı və gənc seçiciləri əyləncələrə dəvət edib, seçki planlarından danışdı.

Bir çox hallarda müxtəlif yerli qəzetlərin səhifələrində jurnalistlər onun bu hərəkətlərini tənqid edərək. Ona gülürdülər. Kurts bir çox hallarda qadınları təhqir etməkdə və pis zövqə malik olmaqda, seksizmdə ittiham olunurdu. Lakin bu tənqidlərə baxmayaraq, aksiya ona yalnız seçkilərdə qalib gəlməyə və Avstriya paytaxtının bələdiyyə məclisinə daxil olmağa deyil, həm də yerli “qızıl gənclər” arasında populyarlıq qazanmağa kömək etdi. 

Bir müddət sonra, şokedici hiylədən sonra Kurts cins şalvarını rəsmi kostyumlara dəyişməli və əvvəlki həyat tərzi ilə vidalaşmalı oldu. Ancaq daha sonra o qədər də radikal olmasa da, qeyri -adi seçki kampaniyasına yenidən müraciət etdi: vərəqələr paylayan könüllülər firuzəyi gödəkçələr və gün eynəkləri geyinirdilər.

Beşikdən gələn siyasətçi

Kurts gənc yaşlarında siyasətlə maraqlanıb. 2002-ci ildə 16 yaşlı lisey şagirdi Sebastyan, Avstriya Xalq Partiyasının Maydlinq bölgəsindəki ofisinə zəng edərək üzv olmaq istəyir. Orada ona ilk olaraq universitetə qəbul olunub ali təhsil almaq tövsiyə olunur və onun partiyaya qəbul təklifinə rədd cavabı verilir.

“Heç də hər şey asan olmadı. Məni bir neçə ildən sonra onlara müraciət etməyi tövsiyə etdilər. O zaman düşündüm ki, siyasət elə olmalıdır ki, hər kəs bu işdə iştirak edə bilsin”- Kurts daha sonra siyasət gəlişini belə xatırlayır.

Sebastyan isə inadından dönmədi. O, məqsədinə nail olmaq üçün təşkilatın başqa bir bölməsinin vasitəsi ilə partiyaya üzv olur. Sebastyan ilk olaraq mühafizəkar Avstriya Xalq Partiyasının gənclər təşkilatına qatılır sonra Vyana şöbəsinin rəhbəri oldu və ardınca federal səviyyədə rəhbərlik edir. Bir müddət sonra yerli səviyyədə keçirilən seçkilərdə deputat seçilir və Vyana Şəhər Şurasının üzvü olur.

258870

Böyük siyasətə giriş…

2005-ci il Kurts üçün çox ağır bir dönəm başlayır. Belə ki, atası işini itirdiyindən maddi cəhətdən çox ağır duruma düşürlər. Vəziyyət o həddə çatır ki, hətta Milad bayramını keçirməyə belə imkanları olmur. 

Belə bir çətin vəziyyətdə Kurts böyük siyasətə girməyə qərar verir. Bununla belə ailəsinə kömək etmək üçün tennis məşqçisi və ofisiant işləyir.

Kurtsun şansı onda gətirir ki, ətrafındakı insanların ona çox böyük rəğbəti olur. Bu da Kurtsa onlarla bərabər şərtlərlə danışmağa imkan yaradır. 

Müəllimləri Sebastyan haqqında deyirlər ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirib və o hələ məktəb dövründən parlaq bir natiq idi. 

Kurts orduda xidmət etdikdən sonra Vyana Universitetinin hüquq fakültəsinə daxil olur. Siyasət onun vaxtını çox aldığından ali təhsilini baş vura bilmir və təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır.  Onu da qeyd edək ki, Kurts  bunu da ictimiayyətdən gizlətmir.  O deyir ki,  təhsilini daha sonra davam etdirəcək.

258872

Böyük siyasətdə ilk uğur: Dünyanın ən gənc Xarici işlər naziri…

Müxalifət Kurtsu elə də ciddiyə almırdı. Onu belə təsvir edirdilər: “Gənc, mavi gözlü, dəbli geyimli, təraşlı, saçları gelli, ali məktəbin sonuncu kurs tələbəsinə bənzəyən bir insan”.

Kurts 27 yaşında Avstriya XİN-ə başçılıq edəndə belə, diplomatlar onu ciddi qəbul etmədi.  Hamı təcrübəli diplomatların universiteti atan bir gənci necə ciddiyə alacaqları ilə maraqlanırdı.
Ancaq belə bir deyim var: “sən saydığını say, gör fələk nə sayır”. 

Sebastyanın 2015-16-cı illərdə Avropadakı miqrasiya böhranı zamanı miqrasiya axınına qarşı kəskin çıxaraq, ölkənin sərhədlərini miqrantlara bağlaması, miqrasiya prosesinin sərtləşdirilməsi, hicaba qadağa qoyması ilə bağlı mövqe sərgiləməsi onun reytinqini qaldırdı. 

258876

“Nazir postu mənə azdır” – daha yüksəkliklərə fəth etmək iddiası

Bir müddət xarici işlər naziri kürsüsündə əyləşən Kurts bu postun onun üçün yetərli olmadığını düşünərək, ortaya daha ciddi siaysi ambisiya qoydu. O bu dəfə qarşısına Avstriyanın kansleri olmaq iddiasına düşdü.

2017-ci ildə keçirilən seçkilərdə Kurtsun liderlik etdiyi Avstriya Xalq Partiyası qalib gəldi. Seçkinin nəticəsinə uyğun olaraq partiya rəhbəri olduğundan hökumət başçısı vəzifəsi ona təklif edildi.

Ailə həyatı – Kirayədə yaşayan kansler

Sebastyan qonşu olduğu və orta məktəb illərindən sevdiyi Suzanna Tur ilə birgə yaşayır. Onlar 18 yaşında olarkən görüşməyə başlayıblar. Suzanna hazırda maliyyə nazirliyində çalışır.
2021-ci ilin noyabrında cütlüyün ilk övladı dünyaya gəlməlidir. O, ailədə tamamilə fərqli və sadədir.

Kurts müsahibələrinin birində deyib ki, övladına baxmaq üçün atalıq məzuniyyətinə belə hazırdır. O, kansler olmasına baxmayaraq Vyanın kasıblar məhəlləsi olan Maydlinq bölgəsində yaşayır. Sevgilisi ilə birlikdə 65 kvadratmetrlik bir mənzildə kirayədə yaşayır. Sevgilisi Suzanna  deyir ki, Sebastyan evdə kansler yox, adi bir insandır.

Kurts boş vaxtlarında idmanla məşğul olur, uşaqlıqdan tennis və dağçılıqla məşğul olduğundan, bəzən dağa gedir, həvəskar oyunlarda futbol oynayır. Sosial şəbəkələrdə çox vaxt keçirir: fərqli platformalarda hesabları var, burada yalnız rəsmi tədbirlərdən deyil, qeyri-rəsmi şəraitdə də şəkillər paylaşır. 

258874

Gəncliyində Sebastyan barlarda və gecə klublarında yoxa çıxan partiləri sevirdisə, indi bunun üçün vaxtı yoxdur. Müntəzəm olaraq bacardığı yeganə şey dostları ilə oktyabrın əvvəlində “Dots in Brunnenhof” restoranından bir araya gələ bilir. Bu  görüşdəki şəkillər vaxtaşırı olaraq sosial şəbəkəyə sızsa da, bu görüşlər hər zaman kənar şəxslər üçün qapalıdır.

Kanslerin ətrafı onu olduqca təvazökar, sadə və ciddi olduğunu qəbul edir. Kurtz Milad bayramını ailəsi ilə birlikdə qeyd edir və həftəsonları maşını ilə nənəsinin yaşadığı fermaya gedir.

Kurts yaxşı yeməklərə üstünlük versə də, yemək kaprizləri yoxdur. O, pizza və ya  yanacaqdoldurma məntəqəsindən fast food ala bilər. 

Xaricə uçuşlar zamanı isə kansler “Austrian Airlines” yerli hava yolunun ekonom sinfini seçir və ucuz hava yollarına (loukoster) istifadəyə üstünlük verir. Deyilənə görə, kansler yalnız bir dəfə statusuna uyğun olan biznes sinfində – Çində danışıqlar aparmaq üçün uçub.

Kurzun nə qədər qazandığı barədə məlumat verilmir, lakin xarici işlər naziri olaraq onun maaşı ayda 17,3 min avro olub.

Hazırladı Mürtəza
Ölkə.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir