Vladimir Jirinovski türk xalqlarının birliyindən qorxur deyə, ağzına gələni səsləndirir…

Jurnalistin  qəzəbinə gəlmiş, özünü siyasətçi adlandıran axmaq Jirinovskiyə cavab: 

Rusiya siyasi Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski  kimlərəsə xoş gəlmək üçün  vaxt itirmədən boş  boqazlığa başladı.  Bir sözlə Rusiyanın siyasi təlxəyi olan Jirinovski  “Radio Komsomolskaya pravda”ya verdiyi müsahibəsində  türk xalqlarından ibarət olan ölkələrə yuxarıdan aşağı baxaması, onlara böhtan yaqdırması , təhdidlər etməsi oyuncaq siyasətçinin türk ölkələrinin düşmənlərinin yanında  nüfüzunun artmasına  gətirib çıxarmaq istəyindədir.  İllərdir rusiya  bu təlxək siyasətçini özünə  hurən it kimi saxlayır.
Azərbaycan üçünsə “İT HÜRƏR KARVAN KEÇƏR “ anlamında hürən itə daş atmazlar kimi gəlir.Bir tikə yal atın sakitləşsin.Deyəsən Jirinovsikiyə yenədə yal lazımdır və o yalı məhz türkün düşmənlərindən umur.

 Jirinovski ölkələr arasında özünə məxsus səviyyəsiz fikirlər yürütməklə  siyasi gündəm yaratmaq  istəyir:  “O, hələ də keçmiş SSRİ-nin təsirindən çıxa bilmir və geri qaytarılacağını xəyal edir.  Amma onu unudub ki,30 illik işğalın nəticəsini  bütün dünya qarşısında  Azərbaycan xalqı və prezidenti  44 gündə necə azad etdi.
Jiirnovskini  isə 44 saniyaya tərki silah edər və fəaliyyət göstərdiyi partiyanı elə rus xalqının əli ilə daqıdar,  özünüdə ayıların məskanı olan  Şimal buzlu okiyanına sürgün edər.

İndi Azərbaycan çox güclüdür.

Çünki həm mübariz xalqı, möhtəşəm və dəmir yumuruqlu  prezidenti , Sağlam, möhkəm dövlət quruculuqu var.

 Azərbaycanın talehi  BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrinin icrasını özünün təmin etməsi, ölkəmizin Cənubi Qafqazın aparıcı ölkəsi olması, son dövrlərdə isə Türkiyə ilə Azərbaycan arasında strateji əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması  Azərbaycanın  son dövürdəki uğru düşmənləri və onlara dəstək verən  Jirinovski  kimi  boşboqazlarin dırmaşmağa  gücü çatan dağlar deyil. Azərbaycan  öz ölkəsinə düşmən olmayan bütün ölkələrlə dost və  qardaşdır. Bu dosluğa heç bir quvvə kölgə sala bilməz.   


Güllər Bəhrəmova  Turanxeber.az saytının təsisçi və baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir