Ruhumuzda qopmayanlar: görkəmli şair Şəkər Aslan… Aydın Xan Əbilov yazır

Ustadla iki görüş görüş

Həmin günü ya təsadüfi, ya da planlaşdırılmış görüşümüz baş tutdu. Böyük bazarın yaxınlığında qədimi tikilidə yerləşən AYB Lənkəran bölməsinə getmişdim. Onda Bakıda oxuyurdum, BDU-nun tələbəsi idim. 12 vərəq dəftərdə yazdığım, az qala özümün də çətinliklə oxuduğum “Ölüm nəğməsi” adlı hekayəm də qoltuğumda.
O zaman deyəsən “Leninçi” qəzetinin də redaksiyası orada yerləşirdi, ya da görkəmli şair Şəkər Aslan tanınmış naşir Məmmədhüseyn Əliyev rəhmətə getdiyinə görə onun vəzifəsini daşıyırdı – bölmə rəhbəri idi.
Ədəbiyyat tariximizdə ilk dəfə “Sonetlər çələngi”min müəllifi sayılan istedadlı şair Şəkər Aslanla birinci dəfə yeni poetik kitabının oxuduğum orta məktəbdə təntənəli təqdimat mərasimində canlı görmüşdüm. 1986-ci ildə baş tutan həmin poeziya görüşundə şairə olan sevgi bəlkə də ədəbiyyata tərəf itələmişdi, bilmirəm dəqiq, amma təsiri də yox deyildi yəqin.
Yarıqaranlıq dəhlizdən keçib otağına yaxınlaşdım.
Deyəsən, xatırladım, o zan BDU-nun jurnalistika fakültəsinə imtahan vermək üçün mənə redaksiyalarin birindən yazılı zəmanət lazım idi ki, guya o nəşrdə yazılarım gedib, filan.
Onda hərbi xidmətdən təzəcə qayıtmışdım.
Nəsə Şəkər muəllimlə bir xeyləm söhbət etdik. Hekayəni maşınlara yazdır gətir oxuyum, – dedi. Zəmanət vermədi, köhnə kişilərdən idi, sovetin qorxusu hələ canından çıxamışdı, qəzetdə də yazılarım çıxmamışdı axı.
Məsləhət gördü ki, zəmanət üçün özümü Lənkəran radiosuna çatdırım.
Vaxt darlığı vardı deyənə, mənə təcili zəmanət lazım idi. Radio verilişləri o zaman arxivləsdirilmirdi, birbaşa efirə gedirdi deyənə, oradan verə bilərdilər…
İndi AYB-yə üzvlüklə bağlı məndən zəmanət istəyəndə, o xatirələr yaddasımı cırmaqlayıb.
İllər sürətlə xatirələrimizi yaddaşımızda pozur. Yaxşi ki, İnternet və sosial şəbəkələr var, yaddaşımıza güvənməyib xatirələri buralarda gizlədirik…
Yaddaşımız zəifləsə də, zaman xatirələrimizdəki belə işıqlı şəxsləri ruhumuzdan qoparda bilmir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir