Mədəniyyət Nazirliyi yanında İctimai Şura: 51 namizəd 9 yer uğrunda mübarizə aparacaq…

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası baş tutub. Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:

Məlumat üçün bildiririk ki, nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək)  davam edəcək.  

Seçicilərə dair tələblərlər:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası

1. Seçicilər

Seçicilərə dair tələblər

– İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

– İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

– Seçki Komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicilərin qeydiyyatı

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

2. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün elektron formada sənədlər ictimaishura@mct.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva ilə əlaqə saxlamaq olar. Tel: (012) 498 79 53; (012) 498 20 62.

Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 2 iyul 2021-ci il saat 18:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən ilin 21 sentyabr-20 oktyabr tarixlərində həyata keçirilib. Belə ki, 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.

Namizədlərin siyahısı

  1. Məmmədov Fuad Teyyubb oğlu – “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti
  2. Paşayev İlqar Əli Abas oğlu  – şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi
  3. İsmayılov Faiq İslam oğlu – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri
  4. Vəliyev Seymur Namazəli oğlu – Teatr Xadimləri, Kinematoqrafçılar, Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü
  5. Əliyev Elçin Tofiq oğlu – Azərbaycan Memarlar İttifaqı, Sədr müavini
  6. Gülməmmədli Rafail Rasim oğlu – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin Baş Direktoru
  7. Yolçuyev Əkbər Mehdi oğlu – Dünya gənc türk yazarlar birliyinin Məsləhət Şurasının başqanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti
  8. Zeyni Rauf Xurşud oğlu – Azərbaycan Milli Qeyri–Hökumət Təşkilatları Forumunun prezidenti
  9. Bağırov Saleh Eldar oğlu – İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyinin sədri
  10. Qafarov Vidadi Ramiz oğlu – AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri  
  11. Mir–Qasım Oktay Mir–Əsədulla oğlu – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi
  12. Verdiyeva Bəyimxanov İsfəndiyar qızı – Xan Şuşinski Fondunun prezidenti
  13. Məmmədov Nəriman Kamileviç – Nərimanfilm MMC–nin baş direktoru
  14. Qəribov Tələt Yusif oğlu – Sağlam Yaşa Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini
  15. Əli–zadə Tofiq Məhərrəm oğlu – Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri
  16. Xəlilov Aslan Əkbər oğlu – “Sənətşunaslığın Təbliği” İctimai Birliyinin sədr müavini
  17. Zeynalov Aydın İsa oğlu – “Milli Dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri
  18. Əbilov Aydın Əhməd oğlu – “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri
  19. Rəhimli Davud Səid oğlu – “Əlil Təşkilatları İttifaqı”nın prezidenti
  20. Çobanzadə Elçin Əlişah oğlu – “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri
  21.  Talışinski Elvin Bəhruz oğlu – “Elin səsi” Milli–Mənəvi Dəyərlərimizin Qoruması İctimai Birliyinin sədri
  22.  Hacıyeva Fatimə Siyavuş qızı – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin üzvü
  23. Əlibəyov Gəray Ayaz oğlu – “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri
  24. Tağıyev Hasil Feyruz oğlu – “Qayıdış” İctimai Birliyinin sədri
  25. İbrahimov Hüseyn Qasım oğlu – “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin sədri
  26. Məmmədova Xəyalə Akif qızı – “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri      
  27. Hüseynov Müzəffər Maqsud oğlu – “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin sədr müavini
  28.  Qədirov Şahin Kərim oğlu – “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri
  29. Mustafayeva Samirə Vəli qızı – “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri
  30. Muxtarova Könül Muxtar qızı – “Milli Dəyərlərin Qorunması İctimai” Birliyinin sədri
  31. Cəfərova Səriyyə Müslüm qızı – “Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri
  32. Xudiyev Tahir Bərxudar oğlu – “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri
  33. Qədirov Vuqar Kərim oğlu –  “Aydınlar ocağı” humanitar İctimai Birliyinin sədri
  34. Səfərova Zəminə Yediyar qızı – Beynəlxalq Avroasiya Mətbuat Fondunun üzvü
  35. Mansurova Zərəngiz Dəmirçi qızı – Jurnalist Qadınlar Assosiasiyası İctimai Birliyinin üzvü
  36. Abdulov Fərhad Oktay oğlu – Uşaq və yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri
  37. İsgəndərova Aygün Oqtay qızı – Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin icraçı direktoru
  38. Mehtiyeva Rahilə İbrahim qızı– Sosial iqtisadi Ekoloji inkişaf İctimai Birliyinin sədri
  39. Məmmədov Əliheydər Adil oğlu– Heyvanların Mühafizəsi İctimai Birliyinin üzvü
  40. Əhmədova Afaq Firudin qızı – “Horizont” MMC–nin rəhbəri
  41. Muradova Əntiqə Mustafa qızı – “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin sədri
  42. Şahsuvarova Aygün Qulam qızı – “Vəfa” sosial problemlərin həllinə dəstək” İctimai Birliyinin üzvü
  43. Hüseynova Ayşən Fəxrəddin qızı – “Soyqırım Həqiqətlərinin tanıdılması” İctimai Birliyinin sədr müavini
  44. Nəsibova Bəsti Mahmud qızı – “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri
  45.  Abdulova Cəmilə Çingiz qızı – Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri
  46. Əsgərov Fuad Fuzuli oğlu – “Qan Donurları Assosiasiyası” İctimai Birliyinin sədri
  47. Muradlı Kəmalə Ağalar qızı – “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri
  48. Muradlı Musa Heydər oğlu – “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri
  49. ƏIiyev Şəmsəddin Mənsur oğlu – “Polisə Dəstək” İctimai Birliyinin sədri
  50. Quliyev Vidadi Mehdixan oğlu – “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri
  51. Yusubova Qəmzə Xanlar qızı – Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir