Gənc yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsinin uğurları
Azərbaycan Prezidenti – Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra ölkəmizin bütün istedadlı insanları nı həvəsləndirdi ki, böyük zəfərimizi öz yaradıcılıqlarında – müxtəlif səpkili, janrlı əsərlərində işıqlandırsınlar.
Respublikamızın əksər gənc istedadları Prezidentin bu çağırışına həvəslə qoşuldular. Gənc yazar Etibar Həsənzadə də bu çağırışa qoşularaq özünün “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsinə start verdi. Və bu günədək qələbəmizlə, qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı şeirlərini aktyorlarımızın ifasında şəxsi Youtube.com video-kanalına yükləyir.
Layihədə Azərbaycanın körkəmli sənət nümayəndələri – Respublikanın Əməkdar artistləri, aktyorlar, rejissorlar və məktəblilər iştirak edirlər. Gənc müəllifin “Gözlə bizi Qarabağım”, “Qarabaq Azərbaycandır”, şəhid generalımız Polad Həşimova həsr etdiyi “General gəlir”, “Şəhidlər”, “Xudayar səsi”, “Bayrağım” və s. şeirləri xüsusilə diqqət gəlb edir. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında yazdığı “Mən şəhid olacam, ana” kitabını da uğurlu addım hesab etmək olar.
Bu işlərindən əlavə Etibar Həsənzadə vətənpərvər mövzularda yazdığı bir sıra hekayələri və povestləri də var. Etibarın dediyinə görə layihə hələ davam edir.
İlk olaraq 5 mart 2021-ci il tarixində Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov bu layihəyə diqqət göstərib, layihə haqqında öz fikirlərini söylədi və başda Etibar olmaqla layihənin gənc iştirakçılarını Diplomla təltif etdi.
14 aprel 2021-ci il tarixində isə Bakıda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nın sədri Rada xanım Abbas layihənin açılış təqdimatını etdi. R.Abbas başda Etibar Həsənzadə olmaqla layihənin iştirakçılarını “Xarı bülbül” diplomu ilə təltif etdi.
Daha sonra qardaş Türkiyənin Anadolu Canatçılar, Şairlər və Ozanlar Birliyinin (ANASAN) Genel Başkanı və UTEF-in Kayseri şöbəsinin başkanı Sabit İnce bəy; Kaya Haber Ajansının rəhbəri Zakir Kaya bəy onlayn olaraq layihəni təqdim etdilər. Onlar başda Etibar Həsənzadə olmaqla bütün layihə iştirakçılarını “Başarı Belgesi” ilə təltif etdilər.
Qafqaz Media İB-nin sədri Azadə Hüseynova Etibar Həsənzadə və bütün layihə iştirakçılarını təşkilatın təsis etdiyi “Xarı bülbül” diploma ilə təltif edib.
Azərbaycan KİVHİ-nin və Media Araşdırma Mərkəzinin sədri Çingiz Qurbanoğlu Etibar Həsənzadəni “Ali Baş Komandan” diploma ilə təltif edib.

