Beynəlxalq Startap Yarışmasında iştirakla bağlı elan

KOBİA bu gündən etibarən Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turuna start verir. 

Yarışda iştirak üçün tələblər:

• İşçilərinin və komanda üzvlərinin sayı 20-dək olmalı;

• Müvafiq kateqoriyalara uyğunluq;

• Startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin (software, app, web service), mövcud istifadəçilərinin olması;

• milli və beynəlxalq yarışlarda iştirak edənlərə üstünlük veriləcək.

Milli turda iştirak etmək istəyən yerli startaplar 7 sentyabr 2020-ci il tarixinədək bu keçidə daxil olmaqla qeydiyyatdan keçməlidir: https://www.aimcongress.com/roadshow/Profile/Register

Əlaqələndirici: KOBİA-nın nümayəndəsi Asif Həsənov (+994 12) 404-04-01 (daxili 241).

Milli turun qalibi KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti tərəfindən cari ilin 10 sentyabr tarixində onlayn formatda elan olunacaq. Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq.

Beynəlxalq Startap Yarışmasında 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Ümumilikdə Beynəxlaq Startap Yarışmasında dünyanın 80 ölkəsindən startapların iştirakı nəzərdə tutulur.

Bildirək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turunun rəsmi tərəfdaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir