Kulturoloji itki: Əfsanə köçdü əbədiyyətə! Əməkdar artist Baloğlan Əşrəfov vəfat etdi. Baloğlan Əşrəfov dəfn olundu

Kulturoloji itki: Əfsanə köçdü əbədiyyətə!

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib: xalq mahnıların mahir ifaçısı, toylar şahı, gözəl insan 69 yaşında dünyasını dəyişib. B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi. Allah rəhmət eləsin!Əbədi zövqlərdə yaşayan sənətkarımızı hər zaman xatırlayacağıq!

Ötən gün koronavirusdan vəfat edən Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub.

Bu barədə Əməkdar artist Yusif Mustafayev məlumat verib. 

Müğənni qeyd edib ki, həmkarının nəşi gecə torpağa tapşırılmaq üçün Masallının Bədəlan kəndinə aparılıb, bir neçə dəqiqə əvvəl son mənzilə yola salınıb.

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dünən dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.  

Tanınmış iş adamı sənətçi ilə fotosunu paylaşaraq Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:

“Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi… O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost… Ruhun şad olsun…”.

Qeyd edək ki, M. Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.

“Onunla üç saat öncə danışdım”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əməkdar artist Baloğlan Əşrəfovun ölümü ilə bağlı kədərini bölüşən şair, ədəbiyyatşünas Vüqar Əhməd sosial şəbəkə hesabında yazıb.

“Dedi, Vüqar, yaxşı olacağam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”, – V.Əhməd əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir