AGF – ARGTMŞ – YYSİB. İctimai Maarifləndirmə qrupları: Gənclərin Səhid ailələri və qazilərlə gorüşü, sorğu
AGF – ARGTMŞ -YYSİB- İctimai Maarifləndirmə qrupları – 6
Gənclərin iştirakı ilə Qazi və şəhid ailələri ilə görüşlər, sorğular keçirilir…
YYSİB numayəndələrinin iştirakı ilə iki həftə ərzində ictimai maarifləndirmə aksiyaları çərçivəsində qazi və şəhid ailələri ilə görüşləri təşkil olundu, gənc döyüşçülər arasında təbliğat aparildı və sorğular təşkil edilibb.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin könüllü üzvlərinin
YYSİB sədri Aydın Xan Əbilov, qurumun könüllü fəalları Emin Abbasov, İman İmanlı və başqa aktivistləri hər biri iki həftə olmaq şərtilə 4 istiqamətli maarifləndirmə aksiyalari ilə yanaşı gənclər arasında sorğu da keçirirlər.
Yenimedia.net sosial-analitik informasiya portalının və yenimediaTV.az – İnternet TV-nin studiyalarında ziyalılar və gənclər çıxış edir.
Populyar “Üz-üzə” proqramında – Dünya TV-nin saatyarimliq canlı efirində və YeniMediaTV.az İnternet TV-nin redaksiyalarında (xüsusi verilişlər formasında) ictimai aksiya barədə genış məlumatlar verilib. Bakının və paytaxtətrafı kəndlərdə davav etdirilən maarifləndirmə haqqında mütəmadi məlumatlar geniş cəmiyyətə çatdırılır.
İlk həftənin mövzusu Covit-19 ilə mübarizə və vaksinasiya in vacibliyini gənclərə, eləcə də geniş ictimaiyyətə çatdırmaq, ikinci mərhələdə qazi və şəhid ailələri arasında iş və sorğu aparmaq, daha sonra Nizami ili və Qarabağa qayıdışa həsr olunan maarifləndirmə fəaliyyəti davam edir.

