Azərbaycanda yeni yarışma start verdi – LİDER TV-də. YYSİB-çi də fəal iştirak edir, dəstəkləyək!
Azərbaycanda yeni yarışma artıq yayımlanıb.
Yenimedia.net portalı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik-İnformasiya bölümünə istinadən xəbər verir ki, Namiq Fərhadoğlunun rəhbərliyi ilə Lider Televiziyasında “Sənin Ulduzun-13” yarışması fəaliyyətə başlayıb.
Qeyd edək ki, Namiq Fərhadoğlu Azərbaycanda müxtəlif sənət sahiblərini bir araya cəmləşdirməklə Azərbaycan teleməkanında ilk edib. Hər zaman istedadlara dəyər verməklə xalqın etimadını bir daha qazanıb.
Xatırladaq ki, YYSİB-nin fəalı Elcan Məmiyev də Elcan Talış təxəllüsü ilə – gənc şair qismində yarışmaya qatılıb.
Biz də iştirakçıları təbrik edir, uğurlar arzulayırıq!

