YYSİB “2020-ci ilin fəal təşkilatı” mükafatına layiq göruldü

Xoş xəbərimi var: YYSİB “2020-ci ilin fəal təşkilatı” mükafatına layiq göruldü…

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən ötən ilin səmərəli fəaliyyətinə vəl uğurlu nəticələrinə görə mükafatlandırılanlar arasında sədri olduğum Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi də fərqləndirirdi. Gənclərlə işləyən və sıralarında əsasən yaradıcı gənclər, intellektual, innovativ və kreativ tələbələr olan YYSİB-nin fəaliyyətinə verilən dəyərə görə sədr Azər Əliyev olmaq şərti ilə ARGTMŞ – NAYORA ailəsinə xüsusi minnətdarlığımızı bildiririk: biz birlikdə güclüyük…

Yeri gəlmişkən, tərəfdaşlarımizla 2021-ci ildə xarici ölkələrdə, ABŞ, Türkiyə, Kanada, Rusiya, İran, elecə də doğma Azərbaycan və İnternetdə yeni kultoroloji layihələrimiz həyata keçirilməkdədir…

Onu da xatırladaq ki, YYSİB 60-dan çox təsisatla birlikdə Vətəndaş Cəmiyyəti Alyansı adlı yeni platforma yaradıb…

YYSİB ailəsi üzvlərini təbrik edirik!

YYSİB Analitik İnformasiya Bolümü

NAYORA #ARGTMŞ #YYSİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir