İntellektual alim, vicdanlı pedaqoq, cəmiyyəti düşünən millət vəkili: Anar İsgəndərov
Yazımızı bir ibrətamiz hadisə ilə başlamaq istəyirik. Bir gün İmam Əli səhabələrin yanından keçəndə onların kişilik və mərdlik haqda danışdıqlarını görür və deyir.
– Bəs sizin Allahın kitabından xəbəriniz yoxdur?!
Onlar deyirlər:
– Ey möminlərin əmiri sən nə haqda danışırsan?
İmam:
– Mən Allahın bu ayəsi haqda danışıram ki deyir: “Allah ədalətə və ehsan etməyə əmr edir”. Bilin ki,ədalət insaflı olmaq, ehsan isə alicənablıqdır.Yəni kişilik və mərdanəlik, insanlarla insaflı davranmaq və alicənab olmaqdır.
Ədalət-zülm etməmək, hər kəsə haqqını vermək və ən əsası layiq olduğunu göstərməkdir.
Ədalətli olmaq hamı ilə eyni şəkildə davranmaq yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşmaqdır.
Belə cəfakeş, mərd insanlardan biri də, vətənpərvər şəxsiyyət, yurdunu sevən, ounun hər bir sakininə böyük hörmət və məhəbbətlə yanaşan tarix elmləri doktoru, proffəssor Anar Camal oğlu İsgəndərovdur.
Anar İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonu Böyük Kolatan kəndində anadan olmuşdur. 1973-1978-ci illərdə BDU-nun tarix fakültəsində təhsil almışdır.
1978-1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında «Fəlsəfə» kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun tarix fakültəsi «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir. “1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi” mövzusunda tədqiqat işləri aparmışdır.
Çalışdığı müddətdə «Azərbaycan tarixinin tarixşünaslığı», «Azərbaycan tarixinin mənbəşünaslığı», «Tarix elminin aktual problemləri», «Tarixi tədqiqatların metodoloji problemləri» fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.
Rəhbərliyi altında 4 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 3 əyani aspirant, 10 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.
İlk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq edərək Azərbaycan ictimaiyyətinə çatdırmışdır.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və «Altun» qızıl medalı ilə təltif olunmuşdur.
2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunmuşdur.
Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.
Mərkəzi Seçki Komissiyasının 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd Seçki Dairəsindən Anar İsgəndərov böyük səs çoxluğu ilə qalib gələrək Azərbaycan Milli Məclisin deputatı seçilmişdir.
Dəyərli alim, gözəl insan,əsl müəllim şərəflə yaşadığınız ömür yolunuzda sizə daim uğurlar diləyib, başınız hər zaman uca olsun deyirəm…
Lənkəran Dövlət Universiteti
Tar.ü.f.d. b/m Leyla Qadir qızı Məcidova

