Ömər Faruk Gergerlioğluna cavab: Azərbaycanın Türkiyəyə göstərdiyi həssaslığı qardas dövlət də ölkəmizə göstərməlidir! – Sahil İmanov
Ömər Faruk Gergerlioğluna cavab: Azərbaycanın Türkiyəyə göstərdiyi həssaslığı Türkiyə də Azərbaycana göstərməlidir!
PKK terror qruplaşmasının Türkiyə parlamentindəki maşası, minlərlə türk əsgərinin, türk övladının, qadının və uşağın qanına əli bulaşmış, türk düşməni, iki türk qardaşı bir-biri ilə düşmən etməyə çalışan Türkiyə parlamentinin deputatı Ömər Faruk Gergerlioğlu Mustafa Kamal Atatürkün türk millətinə mirası olan Türkiyə Böyük Millət Məclisinin kürsüsündən, ən ali kürsüdən dezinformasiya yayaraq, yalan məlumatlarla ölkəmizə qarşı təxribat törətməyə çalışır.
Görəsən, Türkiyə dövləti bu şəxslə bağlı hansı addımı atacaq?
İndiyədək hansısa azərbaycanlı deputatın Türkiyəyə, türk millətinə və ya Türkiyə Respublikasının Prezidentinə qarşı mənfi rəy və ya fikir səsləndirdiyini görmüsünüzmü? İstər iqtidar, istərsə də müxalifət olsun, biz bütün Azərbaycan olaraq hər zaman Türkiyənin yanında olmuş, pisini yaxşı, yaxşısını isə əla kimi qəbul etmiş və təbliğ etmişik.
İndi isə hansısa bir mandaloşqa sütünüyor, qatil, dırnaq içində desək, deputat Azərbaycana qarşı bu cür fikirlər səsləndirir. Türkiyə hökuməti isə buna səssiz qalır.
Xala xətrin qalmasın deyə bir-iki açıqlama vermək yetərli deyil. Azərbaycanın Türkiyəyə göstərdiyi həssaslığı Türkiyə də Azərbaycana qarşı eyni şəkildə göstərməlidir!
Sahil İmanov
BTV təsisçisi, ictimai aktivist

