“Məmur daydaylar estetik əməliyyatlara meyl edir…” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov kişilərin yeni “dəbini” faş etdi

featured-image-766494

“Paytaxt Bakı ilə yanaşı iri şəhərlərimizdə, hətta qəsəbə və kəndlərimizdə yaşayan bəylərimiz, xüsusən yeniyetmə, gənc və cavanlar, son illər isə onlardan geri qalmaq istəməyən varlı, məmur daydaylar, yaşlı nəsil kişilər, xaricdəki soydaşlarımız arasında estetik dəyişikliklərə, hətta tibbi müdaxilələrə, cərrahiyyə əməliyyatlarına meyl göstərənlərin sayı durmadan artır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında YEni Yazarlar və Sənətçilər İctimai Birliyin sədri, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

media-images-2026-08-21t125218-989

Aydın Xan cəmiyyətin kişilərin estetik əməliyyat etdirməsinə münasibətindən danışıb:“Hər zəmanənin öz diktələri olur, o cümlədən yeni gələn nəsillərin həyat tərzi, dünyaya baxışları və yaşam yenilikləri onların davranışlarından tutmuş, ta xarakterinə qədər dəyişikliklərə aparıb çıxarır, dəbdən tutmuş, yeməklərə, geyimlərə kimi fərqliliklər ortaya qoyur. Əvvəllər maşın sürmək, şalvar geyinmək, idman geyim tərzləri ancaq kişilərə məxsus idisə, indi bunlar uniləşib, qadınların da stilinə çevrilib. İndi isə əksinə proseslər başlanıb, qadınlara məxsus bir çox proseslərə kişilər maraq göstərməyə başlayıb və belə qaydalar adiləşib. Vaxtilə xanımların yararlandığı estetik cərrahiyyə əməliyyatları, bədən şəkillənməsi, şortik geyinmək, dar paltarlarla cəmiyyətə çıxmaq, üz, sifət-qaş, hətta bədən tüklərinin lazerlə alınması, bütün sifət estetik əməliyyatları indi artıq kişilərin meyl etdiyi istiqamətə çevrilib. Bir sıra ölkələrdə, xüsusən yaxın və uzaq Şərq ölkələrində, Azərbaycanda bu, artıq zəmanənin reallıqlarına, sosial-məişət səbəbinə çevrilib.Sanki bəylərimiz xanımlara rəğmən özlərinə daha yaxşı baxmağa başlayıblar, eləcə də ətrafdakıları yaraşıqlı görünmələri ilə heyrətləndirmək məsələlərində yarışa giriblər. Əlbəttə, bu, onların haqqıdır, amma unutmaq olmaz ki, bura Azərbaycan cəmiyyətidir və mental dəyərlərimiz bəylərdən, xüsusən bəlli yaşa çatmış kişilərdən hər zaman sərt xarakter, xarici görünüş ciddiyyəti və sima kobudluğu tələb edir.Söz yox, əgər gərək varsa, bunlara gedən bəyləri anlamaq olar, amma unutmaq olmaz ki, istənilən tibbi müdaxilə insan sağlamlığına əks təsir göstərə bilər. Yerli-yersiz dəyişikliklərə gedən bəylər unutmamalıdırlar ki, onların nüfuzuna xələl gətirəcək tibbi müdaxilələrlə bağlı ətrafdakılar ironik münasibət sərgiləyirlər, üstəlik, xanımlar da elələrindən yan qaçırlar…”O, “özünüz necə, nə vaxtsa estetik əməliyyat etdirərsinizmi?” sualını da cavablandırıb:“Şəxsən mən indiyə qədər estetik müdaxilələrə ehtiyac görməmişəm və heç həvəsim də yoxdur. Dünyada gedən minimalist baxışların və sadəliyin, təbiiliyin tərəfdarı olaraq yalnız ifrat gərək lazım olanda hansısa tibbi-estetik dəyişikliklərə gedə bilərəm”.Cəvahir

https://yenicag.az/memur-daydaylar-estetik-emeliyyatlara-meyl-edir-aydin-xan-ebilov-kisilerin-yeni-debini-fas-etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir