Tanınmış yazıçı Yunus Oğuzun “Qara Yusif” romanı: 3 kitabdan ibarət yeni tarixi əsər

YeniMedia.net portalı xəbər verir ki, bu gunlərdə Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini – “Qara Yusif” romanını başa çatdırıb.

Üç kitabdan ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur. Tarixi hadisələr və görkəmli şəxsiyyətlərin həyatından bəhs edən əsər Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətini əhatə edir.

Romanın birinci kitabı “Əmir Teymur və Qara Yusif”, ikincisi “Qara Yusif və Teymurilər”, üçüncü kitab isə “Qara Yusif və Teymuri hökmdarı Şahruh” adlanır.

Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuzun yeni əsərində orta əsrlər dövrünün mühüm siyasi prosesləri, Qara Yusifin hakimiyyət uğrunda mübarizəsi və bölgədə baş verən tarixi hadisələr bədii dillə təqdim olunur.

Tarixsevərlərin marağına səbəb olacaq romanın nəşri artıq ədəbiyyat ictimaiyyətində diqqətlə gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir