Xeyrulla Ağayev haqqında – tanıdığım, bildiyim, hiss etdiyim qədər… Bahadur Əliyev yazır

Zəruri qeyd: Təmaslardan yaranan təəssüratlarım.
Avtobioqrafiyası haqqında çox güman ki, digər dostları yazacaqlar. Mən yazsam, təkrarçılıq olar düşünürəm.

Xeyrullar Ağayevlə tanışlığımız 2009-2010 cu illərə təsadüf edir. Səbəbkar isə hamının yaxşı tanıdığı gözəl qiraət ustası, əziz dostumuz Pünhan İsmayıllı olub və buna görə ona öz minnətdarlığımı bildirirəm. İlk ünsiyyətdən yumorla dolu şirin söhbətləri, şux zarafatları xoş ovqat doğururdu və hiss edirdim ki, “zəhərli” insan deyil. Amma illər ötdükcə, təmaslarımız artdıqca, onun həssas, duyğusal, mütaliəsi olan intellektual insan və Dostoyevski sevdalısı olduğunu da kəşf etdim. Eyni zamanda, iç-içə o qədər söhbətlərimiz olub ki, onu üzən, bir dəqiqə rahat buraxmayan, mənəvi qəzəbının səbəbkarı kimi Xeyrulla Ağayevin nifrət yaddaşına əbədi həkk olan yaramaz bir həkimin onun ömür səhifəsinə acı bir tale “yazması”dır. O, baş vermiş acı həqiqəti mənə danışarkən, anladım ki, Xeyrulla həm də fədakar bir ATA-dır. Və əlbəttə ki, eşitdiklərim məndə də dərin təəssüf hissi doğurdu, eyni zamanda məni həmruh,
həmfikir və həmsöhbət bir dosta çevirdi. Bu səbəbdəndir ki, Xeyrulla Ağayev bəzən həftələrlə, aylarla əlaqə saxlamaqdan, hal-əhval tutmaqdan yayınır, qayğıları ilə təkbaşına mübarizə aparır. Beləliklə, uzun müddədir ki, məni də o gözəl təmasalarımızdan məhrum edir.

(Allah lənət eləsin pis, naşı, yaramaz həkimlərə, yaxşıları isə Tanrı qorusun.)
Bütün bunlara baxmayaraq, Xeyrulla nikbin, həyat eşqi ilə dolu olan bir insandır. Çünki zəkası, düşüncəsi buna imkan veirir. Ömür hər kəsin acılı-şirinli günlərilə alın yazısıdır, tale yüküdür. Xeyrulla müəllimlə uzaq səfərlərimiz də olub və mən heç vaxt Xeyrulla qardaşımda bir narazılıq, kapriz hiss etməmişəm. Əksinə, hər zaman şux zarafatları ilə pozitiv ovqat yaradıb və səfərimizi xoş xatirələrlə zənginləşdirıb.

Mayın 5-i dəyərli qardaşım Xeyrulla Ağayev dünyaya gəlişinin 67-ci, ömrünün yeni səhifəsinin gününü qeyd edir.

O, ömür səhifələrini şam kimi yanmağı bacaran, iti zəkalı, kitab səhifələrindən özünə sərvət toplayan və bu sərvəti daima özü ilə dayışan, yeri gələndə, dostlarıyla bölüşməyi bacaran dünyanın ən zəngin insanı və onu tanıyanların sevimli dostudur.
Bu münasibətlə əziz dostumu ürəkdən təbrik edir, yerdən səmaya qədər uca, qoca dünya qədər uzun və sağlam ömür arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir