Tanınmış müğənni Ofelya Şabanova: “Normal fotolar paylaşanda niyə xoş qarşılanmamalıdır ki?!”
“Tərbiyəsizcəsinə şəkil paylaşanda mən də xoş baxmıram. Amma normal şəkil paylaşanda nə olur ki?! Biz 10 milyonun qarşısında oxuyuruq. Camaatın kişisi bizi görmür?”
YeniMedianet portalı pravda.az-a istinadla xəbər verir ki, son vaxtların sevimli sənətçisi Ofelya Şabanova Əməkdar artist Elnarə Abdullayevanın fikirlərə bu cür münasibət bildirib.
O, şəkil paylaşmağın eyib olmadığını vurğulayıb: “Kimsə öz ailəsi, həyat yoldaşı, övladı ilə şəkil paylaşır, hələ qəşəng poza da verir, burada eyib nə var ki?! Bu fikirlərlə heç razı deyiləm. Bəzən kimsə bədənini göstərərək tərbiyəsizcəsinə şəkil paylaşarsa, bəli, bu zaman eyib olsun. Xanımdır, saçlarını göstərir və ya nəisə reklam edib maraqlı danışırsa, ailəsini, övladını, həyat yoldaşı ilə gözəl günlərini göstərirsə, burada qəbahət yoxdur. O fikirlə kimsə razı olmadı. Mən paylaşmıram? Reklamlar edirəm, saçlarımı, makiyajımı göstərirəm, eyib nə var? Əcəb edirsiniz, paylaşın”.
Xatırlatma: Elnarə Abdullayeva qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib: “Qadın niyə “Votsap” statusuna foto qoyur ki?”
Əməkdar artistin qızı Xədicə də instaqramda blogerlik edirdi və “Həyat mənim obyektivimdə” başlıqlı səhifəsində 10 mindən çox izləyici vardı. O, artıq səhifəsini bağlayıb.
Ceyhun Süleymanov

