Cəmiyyətdə ona ehtiyac var: “ədalətli” şəxsiyyət Maşallah Şirvanov – 75. Leyla Məcidova yazır

Hələ ali məktəbdə oxuyanda tələbə qızların hər biri öz yaşadığı rayonu tərifləyirdi. Növbə mənə çatdı.

-Dediklərinizi təbii qəbuil edirəm, – deyə fikirlərimi onlarla bölüşməyə başladım. Hər kəsə doğulub boya-başa çatdığı, şəhər, rayon, kənd əzizdir. Amma mənim də sevimli Lənkəranım var. Hansı ki, böyük rus şairi Nikolay Tixonov “ Azərbaycan dəftəri” silsilə şeirlərinin birində Lənkəranı Azərbaycanın “Cənub Mirvarisi” adlandırıb. Kim görməyibsə, gəlib görsün. Mən orda
doğulmuşam…
Araya düşən bir anlıq sükutu Beyləqandan olan tələbə qız pozaraq dedi:

-Bir Lənkəranlı rayonumuzda məhkəmənin sədridir, adı Maşallahdır. Atam deyir ki, çox ədalətli, xeyirxah insandır. Rayonda hamı onu sevir.
-Belə de, – deyə başqa bir tələbə qız söhbətə qoşuldu. – Demək təbiəti gözəl
olanın adamları da gözəl olurmuş.
Doğrusu, həmyerlimiz haqqında deyilən bu xoş sözlərdən çox qürurlandım. Maşallah Şirvanovla bağlı o vaxta qədər heç bir məlumatım
olmadığına görə, təəssüfləndim. Sonralar onun haqqında maraqlanmağa başlayanda öyrəndim ki, Maşallah muəllim məhkəmə sistemində işləməyə Lənkəranda məhkəmə katibliyindən başlayıb. Elə burdan Şəmkirə xalq hakimi göndərilib. Sonra Naftalanda, Biləsuvarda, Beyləqanda məhkəmə sədri işləyib. Harada işləməsindən asılı olmayaraq, orada yaxşı izlər qoyub, ən başlıcası budur ki,
müqəddəs qanunlarımızın saflığını, aliliyini qoruyub. Elə buna görə də çalışdığı
rayonlarda böyük hörmət və nüfuz qazanıb…
Lənkəran Dövlət Universitetitində təhsil alanda qızı İlahə xanımlada yaxın rəfiqə olduq, dostluq münasibətlərimiz hələ də davam edir.
Bir gun atam hələ sağ ikən, necə oldusa, evdə Maşallah Şirvanov haqqında söhbət düşdü. Atam Qadir müəllim və bir də nənəm Safura xanım dedi ki, Maşallah ilə bizim yaxın qohumluq əlaqəmiz var. Bunu eşidəndə bir daha sevindim ki, respublikada tanınmış hüquqşünas, məhkəmə sədri işlədiyi bütün rayonlarda özünü bacarıqlı, ədalətli hüquq müdafiəçisi kimi göstərmiş Maşallah müəllim
bizə yaxın qohum imiş.
Maşallah müəllim artıq təqaüdçüdür. Məhkəmə sistemində çalışdığı 30 il arxada qalıb. Bu il onun 75 yaşı tamam olur. Asudə vaxtlarında tez –tez
direktoru olduğum Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə gəlir, tariximizi əks etdirən eksponatlarla
maraqlanır.

Yadımdadəır, bir dəfə ona dedim, Maşallah müəlim, muzeydə Lənkəranın tanınmış adamları haqqında kitablar da nümayiş etdirilir. Çox istərdim ki, sizinlə bağlı bir kitab da muzeyimizin ekspozisiyasında olsun.

O, gülümsünüb dedi:

-Kitab yazılır, yubiley ilində işıq üzü görəcək.
Maşallah Şirvanovla bir məsələni xüsusilə qeyd etmək istəyirəm, təqaüd yaşında da işsiz qalmaq istəmir, çalışır ki, nəsə yenə bir xeyirxah işlə
məşğul olsun, el-obaya fayda versin.Hazırda Şərq təbabətinin təbliği ilə məşğul olur. Keçən ilin dekabr ayında onun təşkilatçılığı ilə Lənkəran şəhər
mədəniyyət evində sağlamlıq mövzusunda keçirilən tədbirdə iştirak etmiş xalq təbabətinin üstünlüyü ilə əlaqədar həkimlərin məruzələrini dinləmişəm.
75 yaşın astanasında olan Maşallah Şirvanova Tanrıdan cansağlığı və uzun ömür arzulayıram.
Xeyirxah,müdrik ağsaqqala , səmimi insana xalqın həmişə ehtiyacı var.

Leyla Məcidova

Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin direktoru
Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir