Yağışın normadan artıq olması: mənfi və müsbət cəhətləri. – QHT sədri İradə Həsənovadan ekspert analizi
Son illərdə dünyanın böyük şəhərlərində – xüsusilə London, Paris, Dubai kimi iri urban mərkəzləzlərdə güclü və qısamüddətli intensiv yağışların yaratdığı problemlər daha tez – tez müşahidə olunur. Küçələrin su altında qalması, nəqliyyatın iflic olması, yaşayış məntəqələrində lokal daşqınların baş verməsi artıq tək – tək hadisə deyil, qlobal iqlim proseslərinin bir hissəsi kimi qiymətləndirilir.
Metrologiyada hər güclü yağış avtomatik olaraq təbii fəlakət kimi qiymətləndirilmir. Lakin aşağıdakı hallarda yağış hadisəsi artıq fövqəladə hidrometroloji hadisə hesab olunur:
- Qısa müddətdə normadan bir neçə dəfə artıq yağntı düşürsə;
- Şəhər infrastrukturu ( yollar, tunellər, metro, drenaj sistemləri) fəaliyyətini itirirsə;
- Yaşayış evlərinə və əmlaka ziyan dəyərsə
Bu hallarda hadisə artıq urban daşqın və ya hidrometroloji təbii fəlakət kimi qiymətləndirilir. Metrologiyada 24 saatda 100 mm və daha çox yağış çox vaxt “ekstrem güclü yağış”hesab olunur,saatda 50 mm-dən yağış “çox güclü” və 80 mm/saatdan yuxarı isə “ekstrem intensivlik” sayılır.
Metrologiyada “norma“ anlayışı müəyyən ərazi üzrə uzun illərin (adətən 30 ilin) orta yağıntı göstəricisinə əsaslanır.Əgər ay üzrə orta norma 20 mm-dir və faktiki düşən yağıntı 80-mm olarsa bu zaman həmin yağıntı normadan 4 dəfə artıq hesab edilir.
Əgər belə yağış zamanı küçələri su basırsa, nəqliyyat dayanırsa, evlərə ziyan dəyirsə və insanların təhlükəsizliyi risk altına düşərsə onda artıq bu hadisə təbii fəlakət (daşqın hadisəsi) kimi qiymətləndirilə bilər.
Məsələn, Dubayda 2024-cü ildə rekord yağışlar şəhərin fəaliyyətini demək olar ki, dayandırmışdır,London və Parisdə də son illər qısa müddətli intensiv yağışlar metro və yolları su altında qoyub.Bu, urbanizasiya və iqlim dəyişikliyi ilə bağlıdır.
Müasir şəhərlərdə intensiv yağışların təsiri daha güclü hiss olunur.Bunun əsas səbəbləri asfalt və beton örtük torpağın suyu hopdurma qabiliyyətini azaldır,bir çox şəhərlərin kanalizasiyasistemi əvvəlki iqlim şəraitinə uyğun lahiyələndirilib, insanların çox yaşadığı ərazilərdə risk və təsir daha geniş olur, atmosfer istiləndikcə hava daha çox buxar saxlayır və nəticədə qısa müddətdə daha güclü yağış düşür.
Elmi müşahidələr göstərir ki, son illərdə ekstrem yağıntı hadisələrinin tezliyi artmaqdadır.Bu artım əsasən qlobal temperaturun yüksəlməsi, atmosfer rütubətinin artması və regional hava dövranının dəyişməsi ilə bağlıdır.Bu səbəbdən qısamüddətli , lakin çox intensiv yağışlar artıq nadir hadisə deyil, yeni iqlim reallığının göstəricisi hesab olunur.
Son illərdə Azərbaycanda da müşahidə olunan bəzi güclü və lokal intensiv yağıntılar iqlim norması ilə müqayisədə yüksək göstəricilər nümayiş etdirir. Xüsusilə şəhər ərazilərində qısa müddətdə çox yağıntı düşməsi yolların su altında qalmasına, nəqliyyatın çətinləşməsinə və kanalizasiya sistemlərinə əlavə yük düşməsinə səbəb olur.
Əgər rəsmi məlumatlarda yağıntının normadan 3-4 dəfə artıq olduğu qeyd edilirsə, bu artıq adi meteorolojihadisə deyil, ekstrem hava hadisəsi kimi qiymətləndirilə bilər.
Müasir dövrdə iri şəhərlərdə müşahidə olunan intensiv yağışlar təkcə lokal hava hadisəsi deyil, qlobal iqlim dəyişikliklərinin praktik nəticəsidir.Normadan bir neçə dəfə artıq düşən yağıntılar isə hidrometeroloji risk hesab olunur və bəzi hallarda təbii fəlakət səviyyəsinə çata bilər. Bu səbəbdən şəhərsalma planlaşdırılması, drenaj sistemlərinin yenilənməsi və iqlimə uyğun adaptasiya tədbirləri getdikcə daha böyük əhəmiyyət daşıyır.
İradə Həsənova
“Səma və Eko” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri,
Ekoloq, TV-ekspert,

