İctimai lider İradə Həsənova 65 illik yubileyi münasibətilə təltif edilib
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova 65 illik yubileyi münasibətilə təltif olunub.

YeniMedia.net portalı xəbər verir ki, QHT.az platforması tərəfindən təqdim edilən fəxri fərmanda İradə Həsənovanın Azərbaycanın vətəndaş cəmiyyətində, xüsusilə ekoloji maarifləndirmə və ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində uzunmüddətli və səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.
Fəxri fərman QHT.az platformasının rəhbəri, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə tərəfindən təqdim olunub. Eyni zamanda, onun QHT.az platforması ilə uğurlu əməkdaşlığı xüsusi vurğulanıb.
QHT.az platformasında İradə Həsənova ilə görüş keçirilib, vətəndaş cəmiyyətinin inkişafı, mövcud çağırışlar və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş zamanı İradə Həsənovanın uzunillik fəaliyyəti yüksək qiymətləndirilib, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və davamlı nailiyyətlər arzu edilib.
Ceyhun Süleymanov

