QHT-lər və gənclər: inkişafın ortaq yolu SESİİYİB sədri İradə Həsənova

Gənclər hər bir ölkədə gələcəyi quracaq insan resursu kimi göründüyü üçün beynəlxalq təşkilatlardan tutmuş əyalətlərə, yerli hökumətlərə qədər hər strukturda xüsusi gündəm təşkil edir.

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova portalimiza açıqlamasında bildirib. Onun sözlərinə görə, son illər Azərbaycanda da gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təhsil sahəsində aparılan islahatlar, xaricdə təhsil proqramları,startap və innovasiya ekosistemin formalaşdırılması, gənclərin məşğulluğuna və könüllülüyünə dəstək mexanizimləri bu imkanları xeyli genişləndirib. Eyni zamanda ictimai fəallığının artırılması, QHT-lər və gənclər təşkilatları vasitəsilə liderlik, layihə idarəçiliyi, ekoloji və sosial məsuliyyət sahələrində bilik və bacarıqlarının gücləndirilməsi mühüm rol oynayır. Bu imkanlar gənclərə yalnız bilik qazanmaq deyil, həm də cəmiyyətin fəal üzvünə çevrilmək imkanı yaradır:

“Məncə, uğurlu gəncin əsas xüsusiyyəti məsuliyyətli və məqsədyönlü olmasıdır. Uğur təkcə bilik və diplomla ölçülmür. Dəyişən dünyada uyğunlaşmaq bacarığı, öz üzərində daim işləmək, sosial proseslərə biganə qalmamaq, təşəbbüskar olmaq və milli-mənəvi dəyərlərə sadiqlik uğurun əsas açarlarıdır. Uğurlu gənc həm şəxsi inkişafını, həm də cəmiyyətə fayda verməyi paralel düşünən gəncdir. QHT-lər gənclər vasitəsilə dinamizm qazandığı kimi, gənclər də QHT-lər vasitəsilə fayda əldə edirlər. Aydındır ki, gənclərin vətəndaş cəmiyyəti təşkilatlarında fəal iştirakı vətəndaş cəmiyyətinin əsas xüsusiyyətlərini təşkil edən iki mühüm anlayışla bağlıdır: iştirak və könüllülük”.

Rəhbərlik etdiyim təşkilat gənclərin bilik və bacarıqlarının artırılmasını, onların ictimai proseslərdə fəal iştirakını əsas məqsəd kimi müəyyən edib.Bu istiqamətdə gənclər üçün təlim və seminarlar, sosia,ekoloji və vətəndaş cəmiyyəti mövzularında maarifləndirici layihələr,gənclərin təşəbbüslərini dəstəkləyən pratik proqramlar və kampaniyalar həyata keçirilir.

İradə Həsənovanın sözlərinə görə, layihələrimizin əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların öz ideyalarını reallaşdırmasına çərait yaratmaq və cəmiyyət üçün faydalı lider gənclər yetişdirməkdir:

“İnanıram ki,yaradılan imkanlardan düzgün istifadə edən gənclər ölkəmizin gələcək inkişafında həlledici rol oynayacaqlar.2 fevral Gənclər günü münasibətilə bütün gəncləri təbrik edir və omlara uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir