Arhd.az İnformasiya Agentliyinin nümayəndələri İstanbulda uğurlu məhkəmə nəticəsi əldə ediblər
Arhd.az İnformasiya Agentliyi beynəlxalq hüquq müstəvisində növbəti mühüm uğurunu ictimaiyyətə çatdırır.
Agentliyin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov və Arhd.az İnformasiya Agentliyinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri üzrə rəsmi nümayəndəsi Tofiq Məmmədov Türkiyə Respublikasının İstanbul Ədalət Sarayında keçirilən məhkəmə prosesində iştirak etmiş və proses müsbət, ədalətli və uğurlu nəticə ilə yekunlaşmışdır.
Məhkəmə prosesində beynəlxalq hüquq normalarına əsaslanan prinsipial mövqe, yüksək peşəkarlıq və hüquqi əsaslandırma təmin olunmuş, nəticə etibarilə ədalət öz təntənəsini tapmışdır. Əldə edilən bu uğur Arhd.az İnformasiya Agentliyinin beynəlxalq hüquq sahəsində artan nüfuzunun və peşəkar fəaliyyətinin bariz göstəricisidir.
İsmail Zalovun zəngin elmi və praktiki hüquqi təcrübəsi, beynəlxalq hüquq sahəsində dərin bilikləri, eləcə də Tofiq Məmmədovun beynəlxalq əlaqələr və nümayəndəlik fəaliyyəti bu mühüm nəticənin əldə olunmasında həlledici rol oynamışdır.
Qeyd edək ki, İstanbul Ədalət Sarayında əldə edilən bu müsbət qərar yalnız konkret iş üzrə deyil, ümumilikdə Azərbaycan hüquqi və media institutlarının beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm nailiyyət kimi dəyərləndirilir.
Arhd.az İnformasiya Agentliyi bundan sonra da hüququn aliliyinə, ədalət prinsiplərinə və beynəlxalq hüquq normalarına sadiq qalaraq fəaliyyətini davam etdirəcəkdir.
Arhd.az İnformasiya Agentliyi





