İlahiyyatçının virtual gündəliyindən: elmdir, dünyanı xilas edən… Mir Kazımi yazır
1967-ci ildən, ikinci kursda oxuduğum vaxtdan bu elm xəzinəsinin xidmətindən istifadə edirəm. O zaman bu kitabxana M. F. Axundov adına idi. Hər adamı qəbul etmirdilər. Mən tanış şəxs vasitəsilə üzv olmuşdum.
Gorünür sabiq sovetlər dövründə bu qadağalar qoyulmuşdu ki, İslam aləmi, o cümlədən azəri türkləri öz alimlərindən, elmi xəzinələrindən xəbərdar olmasınlar. Öz soyköklərini, kimliklərini unutsunlar. Onda onları istənilən istiqamətə sürükləmək olar. Necə ki, pasportlarda milliyyət sözünü ləğv etmək, millət əvəzinə təkcə sovet xalqı yazmaq nəzərdə turulmuşdu. Xalqı bilərəkdən keçmişini unutmağa, savadsızlığa məcbur edir, əksinə, İslam insanları cəhalətdə saxlayır, elm öyrənməyi yasaq edir, təbliğatı aparılırdı. (Sən saydığını say, bax gör, fələk nə sayır.) Allaha şjükürlər olsun ki, o zülümkar, işğalçı, xalgın ,,qaymaq”larını repressiyaya məruz qoyan quruluş Allahın iradəsi ilə dağılıb getdi!
İxtisasımdan fərqli olaraq ədəbiyyata, tarixə, dini-fəlsəfəyə dair əsərləri oxumağa, dahi şəxsiyyətlərin həyat və yaradıcıqları ilə tanış olmağa indiki kimi çox həvəs göstərirdim.
Elm öyrənmək insan üçün əvəzolunmaz məşğuliyyətdir və heç vaxt gec deyil.
Aliqədr İslam peyğəmbəri Mühəmməd ə.s. buyurub:
اطلب العلم من المهدالى اللحد
–Elmi öyrənin beşikdə olan vaxtdan qəbrə gedənə qədər.
Bu əzəmətli kitab evində oxucular üçün hərcür şərait yaradılmışdır. İsti, təmiz və səliqə-sahmanlı otaqlar, rahat oturacaqlar, kompüterlə təchiz olunmuş mizlər və s.
Xidməti personalın nəzakətli davranışlarını, biblioqraf xanımların savadlı məsləhətləri, sifarişləri yubanmadan icra etmələri vəsfəgəlməz dərəcədə yüksəkdir.
Giriş qapısından tutmuş rastlaşdığım bütün işçilərin yüksək mədəniyyətə malik olduqlarının şahidiyəm. Hamısından xoş rəftar görmüşəm. Yazdıqlarım quru söz yığını olmasın deyə əyani olaraq üç nəfərin adıni çəkməyi borc bilirəm. Bunlar, Fərxunda xanım, Cəlalə Həşim, Qasımlı Xumardır. Nurani simaları və nəzakətli rəftarları ilə zəngin qəlbə malik olmalarını təsdiq edən bu xanımlar abırlı-ismətli, qayğıkeş ana-bacı, həqiqi, qarışığı olmayan azərbaycanlı–türk xanımlar rəmzinin nümunələridirlər.
Kaş bütün sahələrdə, xüsusilə kütləvi informasiya vasitələrinin ən geniş imkanlara malik olan televiziya kanallarında yalnız belələri olaydı! Əsil insan yetşdirmək istəyən xalq üçün yaxş nümunə olardı.
Deməli elm öyrənmək üçün ölkəmizdə çox böyük imkanlar yaradılmışdir. Bircə qalır öyrənmək istəyi olanlarin vicdanına.
Sonuncu səmavi kitab olan Qurani-kərimin Cümə surəsində deyilir:
مثل الذين حملوا اتوراة ثم لم يحملوها كمثل الحمار يحمل اسفارا
–O şəxslər ki, böyük və geniş həcmə malik Tövratı əzbər oxiduqlarına baxmayaraq Onun bəzi mətləblərini xalqdan gizlədirlər, onlar kitab-dəftərlə yüklənmiş eşşəyə bənzəyirlər. Bellərindəki yükün ağırlığı onlara əziyyət verir, bellərini yağır edir. Ancaq dərk edə bilmirlər ki dallarında apardıqları odun -tikandır, ya kitab dəftər.
Oxuyub öyrəndiklərinə əməl etməyən, elmindən yalnız oz mənafeyi üçün istifadə edən, yaxud elmi ilə xalqi istismar edən, rüşvət alan, zorla xalqın əmlakını mənimsəyən əxlaqsızlığa rəvac verən, nahaqqı müdafiyə edib haqqı tapdalayan alimlər belələrindəndir.
Fərq etməz. Kimisi oğyrluqla, kimisi quldurluqla , kimisi də aldığı təhsilə görə tutduğu vəzifəylə xalqa zülm edib malını-mülkünü qəsb edirsə belə zalımlardandır.
Oxuduqlarına əməl etməyən alimləri məzəmmət edən, Qurani-kərimdən bəhrələnmiş mütəfəkkir şair S. Şirazi demişdir.
علم چندان که بیشتر خوانی
چون عمل در تو نیست نادانی
نه محقق بود نه دنشمند
چارپای بر او کتاب چند
آن تهی مغزرا چه علم و خبر
که بر او هیزم است یا دفتر
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.
Eşşəyə yüklənsə bir neçə kitab
Nə alim olar o, nə də süxənvər.
Başı boş o yazıq heyvan nə bilsin
Dalında tikandır, ya kitab-dəftər.
Mən gənclərimizi elmə yiyələnməyə, Azərbaycan Milli kitabxanasının xidmətindən istifadə etməyə səsləyirəm!
,,Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.”

