Hüquq-mühafizə orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının təhlükəsizlik sisteminin əsas dayaqlarını formalaşdırır. İsmayıl Zalov

ARHD.az saytının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq eksperti olaraq bildiririk ki, polis, prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının təhlükəsizlik sisteminin əsas dayaqlarını formalaşdırır.

Bu strukturların işi dövlətin sabitliyini, vətəndaşların təhlükəsizliyini və hüquqlarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır. Onların fəaliyyəti həm qanunun aliliyi, həm peşəkarlıq, həm də insan hüquqlarına hörmət prinsipləri üzərində qurulmalıdır.

Aşağıdakı məqamları xüsusi vurğulayırıq:

  1. Polis orqanları ictimai asayişin qorunması və cinayətkarlığın qarşısının alınmasında əsas qüvvədir və bu fəaliyyət müasir hüquqi və etik standartlara uyğun aparılmalıdır.

 2. Prokurorluq orqanları hüquqi proseslərin obyektivliyini təmin edən əsas instituttur. Prokuror nəzarətinin müstəqilliyi dövlətin hüquqi sisteminin ən mühüm şərtlərindəndir.

   3. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin milli təhlükəsizliyinin qorunması, dövlətçiliyə yönəlmiş daxili və xarici təhdidlərin qarşısının alınması üçün xüsusi səlahiyyətlərə malik qurumdur və bu istiqamətdə yüksək peşəkarlıq nümayiş etdirməlidir.

4. Bu qurumların koordinasiyalı fəaliyyəti, operativ məlumat mübadiləsi və vahid təhlükəsizlik strategiyası dövlətin milli maraqlarının müdafiəsində əsas rol oynayır.

5. Hüquq-mühafizə orqanları öz fəaliyyətində şəffaflıq, qanunauyğunluq və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalmalı, dövlət təhlükəsizliyi ilə vətəndaş hüquqlarının balanslı şəkildə qorunmasına diqqət yetirməlidirlər.

Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkədə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatları, qanunun aliliyinin təmin edilməsini və təhlükəsizlik siyasətinin möhkəmləndirilməsini dəstəkləyirik.

Sonda bildiririk ki, hüquq eksperti və rəhbərlik etdiyimiz ARHD.az saytı hər zaman olduğu kimi bü gün də xalqın və dövlətinin yanındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir