“Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatları”. YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan elmi-kulturoloji araşdırma
Bu araşdırmanı oxuyandan sonra bir siz də baş işlədin: yeni nəslin intellektual-kulturoloji formalaşmasından ötrü onlara elmi-fantastik əsərləri, yoxsa nağılları oxutdurmaq vacibdir?!.
Elmi-fantastik əsərləri, yoxsa nağılları oxumalı?!
Bütün dünyada fantastik əsərlər, xüsusən də onun ən çox inkişaf etmiş qolu sayılan elmi-fantastik bədii nümunələr oxunduğu halda, bizdə – Azərbaycan adlı bənzərsiz, tayı-bərabəri tapılmayan məkanda hələ də uşaqlarımıza nağıl-mağıl, ən yaxşı halda Molla Nəsrəddinin gülməcələri, ya da ondan da pis, ha indi gözünü yediyim şəkili Hacı dayının – özü də daha çox erotik növünü – lətifələrini oxumağı (!!! deyil, dinləməyi…) sevirlər.
Bəlkə də ona görədir ki, bir millət olaraq goplamağı, şişirtməyi, yalana don geyindirməyi xoşlayırıq: amma onların bayağılaşdırılmış formasından istifadə edirik. Sabirin ruhunca ifadə etsəm, əcnəbi fantastlar öz fövqəl-qəhrəmanlarını kosmosa başqa sivilizasiyaların – paralel dünyaların axtarışına uçurdanda biz manyak divlərin zorlamaq istədiyi qızların dalınca Məlikməmmədləri (zatən, bir anlıq beyin əyləcinizi sıxın, məncə, planetin az-az bir xalqını tapmaq mümkündür ki, -onlar da yəqin bizdən törəmələrdir, ya da əksinə – deyil ki, orada qoşalaşdırılmış və şişirdilmiş adları uşaqlarına qoysunalar: bir də görürsən, sısqa bir qarabalanın adı Şirməmməd, ya da Dənizxandır!!!) zorla göndəririk, onun da marağı olmasa, öldürsən ora getməzdi…
Nə isə, bu qısa qeydlərin mənim vaxtilə tələbə kimi sonuncu kursda müdafiə etdiyim, üstündə çalışdığım, müxtəlif vaxtlarda mətbuatda, elmi məcmüələrdə nəşr olunmuş “Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatları” elmi-kulturoloji araşdırmama birbaşa dəxli olmasa da onun bilgili-fəlsəfi mənasına – ruhuna yaxındır.
Bu araşdırmanı oxuyandan sonra bir siz də baş işlədin: yeni nəslin intellektual-kulturoloji formalaşmasından ötrü onlara elmi-fantastik əsərləri, yoxsa nağılları oxutdurmaq vacibdir?!.
| “Kulturoloji – alternativ düşüncələr” kitabı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərkinə aiddir.Müəllif: Aydın Xan (Aydın Əhməd oğlu Əbilov) https://kitabxana.net/book.php?id=1541 |
|---|

