Çağdaş işgüzar xanım simvollarından biri: Ceyran xanım Həsənova. Aydın Xan Əbilov yazır. Videolar
Bu gün – 15 avqust, ailəmizdə müəllimə dediyimiz, tanınmış ictimai və pedaqoji fəal, gimnaziyanın nüfuzlu müəllimi, “Cənub ziyalıları” Feysbuk qrupunun rəhbəri, gözəl insan, dəyərli dostum, xanım-xatın Ceyran xanımın ad günüdür…
Ceyran xanım həm də gözəl ictimai-mədəni, pedaqoji-sosial, mərhəmət jestləri ilə yadımda qalıb: ictimai-mədəni hadisələrdə fəallığı ilə seçilir, yüzlərlə uğur qazanmış şagirdi, hazırladığı abutirenti var, illərdir nüfuzlu S.Pişəvəri adına gimnaziyada dərs deyir, kollektivin sevimlisidir, tədbirlərin, layihələrin təşkilatçısıdır, həyata keçirənidir, ədəbi-mədəni proseslərə aktiv münasibət bildirən lider xanımdır, yazıları, İnternet məhsulları ilə nüfuz qazanıb, gözəl ailə başçısıdır, Bütöv Azərbaycan sevdalısıdır, şəhid ailələrinin və qazilərin dostudur, məktəb kollektivinin sevimlisidir, ən sonda da əsl insarsevər, dostqazanan, qohumbaz və yerlicanlıdır.

Mən hələ onun mənsub olduğu nəsillərin mötəbər şəcərəsini, ocaqlarından çıxan tanınmış çəxsiyyətləri yada salmaq istəmirəm…
Xatırlayıram, o zamanlar real həyatda tanış olmasaq da, yoldaşım dünyasını dəyişəndə, böyükoğlum Ayxanı bir neçə il Azərbaycan dili və ədəbiyyatından təmənnasız hazırlayan, anaboşluğunu dolduran bir xanım kimi də ailəmizə doğmadır. O zaman elə belə də yazmışdı mənə: əlimdən bu gəlir, onunla da sizin yanınızdayam!
Ailəmizdə, həyatımda mənim yanımda olanların arasında ən şirini, sevimlisidir, Ceyran müəllimə…
Əslində, Ceyran müəllimə, heç özü də bilmədən, çoxşaxəli fəaliyyəti ilə tipik klassik Azərbaycan ziyalı xanımlığı ilə gender aktivisti, virtual fəal və liberal baxışlı işgüzar qadın simvollarımızdan birinə çevrilib, başqa sözlə xalqımız onun timsalında layiqli bir vətəndaş qazanıb.
Harda maraqlı bir hadisə varsa, hətta sağlamlığında bəzi çətinliklərə baxmayaraq, Ceyran müəllimə orda əsas qüvvələrdən biridir: zatən, bizim hamımızı da məhz belə fəallıq yaşadır, tarixdə tanınmışların sırasına qatır…
Azərbaycanda orta məktəb müəllimi məhz belə olmalıdır: pedaqoq, gənc nəslin ilhamvericisi, yeniyetmələrin təlim və tərbiəsinin ustadı, şagirdlərinə ana qayğısı göstərən, cəmiyyət üçün yararlı fəaliyyəti ilə insanlarımızı qabağa aparan ziyalı şəxsiyyət: ki, biz onları müəllim olaraq müqqəddəsləşdirirdik və indinin özündə də onlar nümunə göstərilməlidir.

Fərqi yoxdur, qadın, ya kişi olsun, əsas şəxsiyyət kimi özünü sözdə deyil, fəaliyyəti ilə cəmiyyətə nümunə olacaq şəxs kimi göstərə bilirsənsə, sən artıq tarixi şəxsiyyətsən: Ceyran məllimə də məhz elələrinin cərcəsindədir.
Məndən Azərbaycan müəllimi və ziyalı, intellektual xanımı kimi birini nümunə göstərmək xahişi edilsəydi, tərəddüd etmədən bir neçə adla yanaşı, Ceyran Həsənovanı da zəmanəmizin qəhrəmanı kimi xarakterizə edərdim, zatən o, buna layiqdir…
Uğurlar, Ceyran müəllimə, biz səni çox sevirik xalqın bu toplam və müqədəs sevgisi də sizi hələ çoxlu uğur zirvələrini fəht etməyə ruhlandırmalıdır…

Aydın Xan Əbilov,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,
www.kitabxana.net -Milli Virtual-Elektron Kitabxananın direktoru,
www.yenimedia.net portalının baş redaktoru,
“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru,
www.yenimediatv.az – Sosial-analitik İnternet TV-nin təsisçisi,
Prezident təqaüdçüsü, yazıçı-kulturoloq