DAMMİB və YYSİB “Güney Azərbaycan Günü”nü qeyd etdi: S.C.Pişəvəri və Söhrab Tahir yad edildi, məzarlrı ziyarət olundu


6 avqust 2025-ci il tarixində Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyi (DAMMİB), İNK və SİMİB-nin təşkilatçılığı ilə “Güney Azərbaycan Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Anım günü çərçivəsində ilk olaraq Ümummilli Lider Heydər Əliyevin məzarı, ardınca isə Güney Azərbaycanın istiqlal tarixində mühüm rola malik olmuş, Cənubi Azərbaycan Respublikasının keçid dövründə ilk siyasi-dövlət rəhbəri kimi fəaliyyət göstərmiş Seyid Cəfər Pişəvarinin məzarı ziyarət olunub. Ziyarət zamanı çıxış edən natiqlər Pişəvarinin azadlıq və milli kimlik uğrunda mübarizəsini xüsusi vurğulayıblar.

Daha sonra II Fəxri xiyabanda Xalq Şairi, “Şöhrət” ordenli, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təsisçisi və fəxri prezidenti Söhrab Tahirin məzarı ziyarət olunub. Şairin anadan olmasının 99-cu ildönümünə həsr olunan ziyarət zamanı onun zəngin ədəbi irsi və milli-mənəvi dəyərlərin təbliğindəki misilsiz xidmətləri yüksək qiymətləndirilib.

Tədbirin davamında İNK-in mərkəzi qərargahında Söhrab Tahirin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib. Gecədə şairin poeziyasından nümunələr səsləndirilib, sənətkarın həyat və yaradıcılığı barədə geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları Xalq Şairinin Azərbaycan ədəbiyyatına və milli ideologiyanın formalaşmasına verdiyi töhfələri minnətdarlıqla xatırlayıblar.

Tədbirlərdə DAMMİB vitse-prezident, #YYSİB sədri Aydın Xan Əbilov iştirak və çıxış edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir