Azərbaycanda Çin təbabəti mərkəzi – “Tibetis uzunömürlülər” klubu yaradıldı: Ülviyyə Murtuzovanın rəhbərliyi ilə

Bu günlərdə Azərbaycan tibb və sağlamlıq həyatında daha bir əlamətdar hadisə baş verdi. Bu baharin əvvəlində çox maraqlı və faydalı bir təqdimat – tanınmışların görüşü bas tutdu.

Mayın 4-də “Tibetis uzunömürlülər” klubunun təqdimatında ölkəmizin ictimai-mədəni həyatındaki tanınmış simaları, səhiyyə məşhurları, KİV numayəndələri iştirak etdirdi.

Novxanıda, “Tibetis uzunömürlülər” klubunun mərkəzi ofisi yerləşdiyi “Sprinq” oteldə – keçirilən təqdimatın mövzusu, əsasən, Anti-Age, daha uzun və keyfiyyətli həyat, sağlam, gənclik və cinsi fəaliyyət yaşının, intellektual-zəka imkanları vaxtının uzadılmasına həsr olunmuşdu.


Təqdimatda, eləcə də müxtəlif xəstəliklərin müalicəsində korditsep kimi Şərq – qədim Çin təbabətində istifadə olunan fitoterapevtik əlavələrin roluna xüsusi vurğulandı.

Təqdimatda çıxış edərək nüfuzlu qonaqları, millət vəkilləri, elm, sənət, mədəniyyət aramlarını, tibb xadimlərini salamlayan “Tibetis uzunömürlülər” klubunun təsisçisi və rəhbəri, tanınmış psixoloq, təbabət sahələrinin, eyni zamanda, psixologiya elminin populyarlaşdırılmasında xüsusi xidmətləri ilə seçilən, ictimai-mədəni aktivist Ülviyyə Murtuzova başladıqları yeni işin əsas tubbi-mənəvi tərəfləri haqqında geniş danışdı.

Tanınmış psixoloq Elmir Əkbərin mütəxəssis kimi maarifləndirici təqdimat çıxışından sonra qonaqları maraqlandıran suallara cavab verildi.

Daha sonra ziyafət masası arxasında səmimi ünsiyyətə vaxt ayrıldı. Beləliklə, ölkəmizdə maraqlı bir layihəyə start verildi – “Tibetis uzunömürlülər” klubu təsis olunaraq geniş və səmərəli fəaliyyətinə basladı.


Tədbir ölkəmizin dəyərli ziyalıları, deputatlar, professor-həkim heyətinin, xalq artistləri və şirkət rəhbərlərinin iştirakı ilə davam etdirildi, xatirə fotoları çəkilməklə, hədiyyələr təqdim edilməklə davam etdirildi.

Mərasimdə Vətəndaş Cəmiyyəti Alyansının TK rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq,
www.kitabxana.net – Mir Cəlal Paşayev adina Milli Virtual-Elektron Kitabxananın təsisçisi/direktoru,
www.yenimedia.net portalının baş redaktoru
www.yenimediatv.az – Sosial-analitik İnternet TV-nin təsisçisi-baş redaktoru Aydın Xan Əbilov da iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir